“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Füzuliyə qayıdan məcburi köçkün: “Böyük sevinc içindəyik”
“Otuz ildən sonra Füzuliyə qayıdırıq. Böyük sevinc içindəyik”.
“Report” xəbər verir ki, bunu bu gün Füzuliyə köçən keçmiş məcburi köçkün Səməd Babayev jurnalistlərə deyib.
“Allah bizə bu günü nəsib etmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Uca tanrı Prezidentimizə uzun ömür versin”, - o qeyd edib.
S.Babayev bildirib ki, Füzulini gənc yaşlarında tərk etməyə məcbur olub.
“Doğma yurdumu 18 yaşımda tərk etmək məcburiyyəti ilə üzləşmişdim. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşmışdıq. Çox sevinirəm ki, Füzuliyə qayıdıram”, - keçmiş məcburi köçkün əlavə edib.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 34 ailə yola salınıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən 123 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb.
Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.























































