İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Füzuli sakini: “Doğma yurdumuza qayıdışa görə Prezidentimizə təşəkkür edirəm”
“Mənə və ailəmə doğma yurdumuz Füzuliyə qayıtmaq sevincini yaşatdığına görə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.
“Report” xəbər verir ki, bunu bu gün Füzuliyə köçən keçmiş məcburi köçkün Gülnaz Bağırova jurnalistlərə deyib.
“Dayım İslam Əliyev müharibədə şəhid olub. Allah onun simasında bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - o əlavə edib.
G.Bağırova gələcək arzularını da dilə gətirib:
“Mən 1 saylı regional “ASAN xidmət” mərkəzində işləyirəm. İnşallah, Füzulidə də “ASAN xidmət” açılar, fəaliyyətimi orada davam etdirərəm.
Füzuli işğaldan azad edildikdən sonra oraya ilk dəfədir, gedirəm. Çox həyəcanlıyam”.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 34 ailə yola salınıb. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən 123 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb.
Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.
Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.





















































