Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

14 Ara 11:40Manşet / Gündəm / İdman

Vətənin idman şərəfini ucaldanlar


İki peşə və məslək sahiblərinə verilib, böyük və ali şans. Dövlətin, xalqın və millətin ləyaqət atributu olan vətən bayrağını ucaldıb zirvələrdə dalğalandırmaq. Ucalıq rəmzi, qələbə nümunəsi, qalibiyyət rəmzi olan, mənəvi qeyrətimizin güzgüsü üçrəngli bayrağımız...
Hərbçilərimizin və idmançılarımızın qələbə şərəfinin isbatçısı olaraq dəyərləndirilir. Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ölkədə idmanın inkişaf etdirilməsində böyük əmək sərf edir. İdmanın hər bir növünə ölkəmizdə Prezidentimizin, Birinci Vitse-Prezidentimiz Mehriban Əliyevanın diqqət və qayğısı danılmazdır. Bu yolda xərclənən maliyyə idmanın hər bir sahəsində əldə edilən uğurlar bacarıqlı məşqçi və istedadlı, qalib idmançı ordusunun yetişməsi üçündür.
Dünyanın onlarla ölkəsində səslənən dövlət himni və ucaldılan Azərbaycan bayrağı deyilənlərin bariz sübutudur. Prezident İlham Əliyev ölkəyə başçılıq 20 il ərzində şəxsən özü çağdaş idmanımızın sağlam, yüksək rifahlı idmançı ordumuzun yetişməsinə ciddi nəzarət etmişdir, bu gün də bu diqqət, bu qayğı göz önündədir. Bu isə fərəhləndirici, doğurdan da qürurverici haldır. Ölkənin idman uğurları ilə öndə gedən, yeni nəsil istedadlı idmançıların yetişməsində öz rolu olan klublardan biri “Alpman” Taekvondo klubu 2017-ci il 16 oktyabr tarixində məşqçi Zahid Nadirov tərəfindən təsis edilmişdir. Zahid Nadirov Taekvondo üzrə 4-cü Dan qara kəmər sahibi, beynəlxalq dərəcəli təlimatçı və ADBTİA-nın Taekvondo müəllimidir. Klub 2023-cü il 15 oktyabr tarixində özünü 6 illik yubileyini böyük tənətənə ilə qeyd etdi. Yubiley-qala gecədə 200 nəfərə yaxın qonağ və idmançı öz təbriklərini ishar etmək üçün tədbirdə iştirak etdilər. Həmçinin tədbirdə media nümayəndələri və tv kanalları da yer aldı. Zahid Nadirov böyük idmana addımını Cəlilabad rayonundan başlamışdır. İdmanda qazandığı uğurlara görə müəllimi, Cəlilabad Gənclər və İdman Sektorunun Uşaq və Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Yasər Babayevə borclu olduğunu qeyd edir. Yasər Babayev 33 ildən artıqdir ki, idman sahəsində öz uğurlu addımlarını atmaqdadır. Həmçinin Yasər müəllim postsovet dövründə idman sahəsində idmanın karate növü üzrə SSR çempionatının gümüş mükafatçısı olub. Zahid müəllim rəhbəri olduğu “Alpman” Taekvondo klubunun yüksək nəticələr göstərmiş 13 idmançısının müxtəlif mükafat və diplomlarla təltif olunduqlarını qeyd etdi. Təltif olunan idmançılar arasında taekvondo üzrə Avropa çempionatının qalibləri, beynəlxalq turnirlərin qalib və mükafatçıları yer alıblar. Onlardan biri Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa çempionatında gənclər arasında gümüş medala sahib olmuş 3-cü Dan qara kəmər sahibi Səlimə Quliyevadır. 2023-cü ilin sentyabr ayında isə Gürcüstanın Batumi şəhərində keçirilmiş beynəlxalq açıq turnirdə 5 nəfər idmançı ilə təmsil olunan taekvondoçularımız həmin yarışda 3 qızıl və 2 bürünc medal qazanmışlar. Sözügedən turnirin qalibi, 2-ci Dan qara kəmər sahibi Səidə Həsənova “İlin uğurlu təmsilçisi” nominasiyasında qalib elan olunmuşdur. Qeyd olunur ki, yüksək nəticələrinə rəğmən Səidə Həsənovanın hələ 13 yaşı var. Bir maraqlı fakt da budur ki, Səidənin bir bacısı və bir qardaşı da idmanın taekvondo növü ilə məşğuldur.
Vətənin idman şərəfini ucaldanlardan biri olan “Alpman” Taekvondo klubunun rəhbəri Zahid Nadirova və yetirmələrinə gələcək fəaliyyətlərində qələbə uğurları arzusu ilə “Xezertv.info”, “Arasdirma.com” və “Zeferyolu.az” media qrupunun kollektivi.



Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar
Vətənin idman şərəfini ucaldanlar