Xəbər Lenti
1-07-2022, 18:28
İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi – FƏRMAN
29-06-2022, 17:25
11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA
29-06-2022, 17:21
Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər”
27-06-2022, 15:16
İntihara cəhd edən direktorun məktəb MACƏRASI: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?
27-06-2022, 11:36
Prezident: “Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı”
27-06-2022, 11:22
Dövlət başçısı: “Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır”
27-06-2022, 11:20
İlham Əliyev: “Bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim”
26-06-2022, 20:00
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək " İctimai Birliyi " Qəhrəmanlarla görüş " adlı tədbir keçirib
26-06-2022, 10:25
Müdafiə naziri: “Azərbaycan Ordusu azad edilmiş ərazilərdə Böyük Qayıdışa töhfələrini verməkdədir”
Vəhşi heyvanların insanların əyləncə məkanlarında çəkdikləri cəhənnəm əzabı - ARAŞDIRMA

Sahibkarların həmin heyvanları qəfəsdə saxlamaqda məqsədi daha çox turist cəlb etməkdir. Amma həmin heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içində olur.
Bir müddət əvvəl Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində də vəhşi heyvanların acınacaqlı vəziyyətdə saxlanılmasına aid görüntülər yayılmışdı.
Bəs iaşə obyektlərinin, istirahət mərkəzlərinin həmin heyvanları bu cür saxlamaq üçün icazələri varmı?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva vəhşi heyvanların qəfəsdə saxlanılması qaydası barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, istirahət mərkəzlərinin zooloji kolleksiya üçün şəhadətnaməsi olmalıdır:
“Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən ictimai iaşə obyektlərində saxlanılması, zooparkların, zoobağların yaradılması zooloji kolleksiya adlanır. Bu, qanunvericiliklə tənzimlənir. Bu kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Zooloji kolleksiyalar yaradılan zaman dövlət qeydiyyatına alınmalıdır.
Belə ki, hər-hansı bir fiziki və hüquqi şəxs zooloji kolleksiya yaratmaq istəyirsə, mütləq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etməlidir. Kolleksiyada mövcud olan heyvanlar barədə məlumatlar dövlət kadastrına salınır. Həmin mülkiyyətçilər müvafiq şəhadətnamə ilə təmin olunurlar”.
“İctimai iaşə obyektlərində daim zooloji kolleksiyalarla bağlı reydlər aparılır. Hər-hansı bir fiziki və hüquqi şəxs heyvanları qeyri-qanuni saxlayırsa, zooloji kolleksiyalar mövcud deyilsə, eyni zamanda, heyvanların saxlanma şəraiti qənaətbəxş deyilsə, mütləq həmin mülkiyyətçilər barəsində qanuna uyğun tədbirlər görülür”, - deyə xidmət rəisi əlavə edib.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə vəhşi və ev heyvanlarının müvafiq şəraitdə saxlanılması qaydası var:
“Heyvanlara düzgün baxılmırsa, onlar normal yerdə saxlanılmırsa, qidalandırılmırsa, böyük cəzalar var. Azərbaycan qanunvericiliyində heyvanların təbii mühitindən ayrılmasına görə icazələr tələb olunur. Əgər ov növüdürsə, ov lisenziyası ilə əldə edilməlidir. Heyvanları istirahət mərkəzində saxlamaq üçün isə xüsusi lisenziya alınmalıdır ki, bu da əsaslandırılmalıdır”.
O qeyd edib ki, heyvanların qəfəsdə saxlanması və attraksion ərazisində gəzdirilməsinin fəsadları çoxdur:
“Bizim təcrübə göstərir ki, bir zamanlar ayıları daha çox restoranlarda saxlayırdılar. Həmin heyvanları bala vaxtı tuturlar və insanların çox olduğu yerdə süni qidalarla, turistlərin yedikləri ilə qidalandırırlar. Həmin heyvanlar böyüdükdən sonra çox qida, qayğı tələb etdiyinə görə onu saxlayanlara artıq əl vermir və təbiətə buraxırlar.
Təbii ki, heyvanın artıq təbii mühitə bərpa olunması, demək olar ki, mümkün deyil. Çünki o heyvan qəfəsdə qalan zaman insanları görüb və öyrəşib. Təbiətə buraxılandan sonra səs eşidəndə, qoxu hiss edəndə yenidən kəndlərə qayıdacaq.
Yırtıcı olduqları üçün insanlara hücum edə bilər, yaxud da insanlar onu öldürəcəklər. Bəzi restoranlarda quşlar olur ki, onların əksəriyyəti təsərrüfatda yetişdirilənlərdir. Bunları saxlamaqda heç bir problem yoxdur”.
İlhamə Əbülfət