Menu
Xəbər Lenti
PKK özünü ləğv etdi
Bugün, 08:35

PKK özünü ləğv etdi

4 ölkənin lideri Kiyevdədir
10-05-2025, 08:54

4 ölkənin lideri Kiyevdədir

Neftimiz bahalaşdı
10-05-2025, 08:47

Neftimiz bahalaşdı

9 May – Qələbə Günü
9-05-2025, 16:25

9 May – Qələbə Günü

26 Dekabr 2022 21:27Mədəniyyət

Türkiyəli aktrisa Bahar Şahin: “Bir aydır ölüm qorxusu ilə yaşayıram” - FOTO

Məşhur türkiyəli aktrisa Bahar Şahin son rol aldığı filmində qan davası cinayətinə qurban gedən qadın obrazını canlandırıb.

Aktrisa qatıldığı Yeni il tədbirində yeni obrazı barədə danışıb. O bildirib ki, bu roluna görə bir aydır ölüm qorxusu ilə yaşayır.

“Namus cinayətindən bəhs edən bir filmdə rol alıram. Qan davası qurbanı olan qadını canlandırıram. Karyerama 10 il əvvəl başladığımı nəzərə alsaq, bu yəqin ki, ən çox əziyyət çəkdiyim işdir. Bu işin içində olmaq mənə acı verir. Hadisələri bütün çılpaqlığı ilə əks etdiririk”, - deyə o qeyd edib.

Şahin 2023-cü illə bağlı da çox mənalı mesaj verib. “Bir aydır ölüm qorxusu ilə yaşayıram. Həqiqətən çox ağırdır, çox çətindir... Ümid edirəm ki, filmdəki qadının yaşadıqlarını şəffaf bir şəkildə izləyicilərə çatdıra bilərik. Çox çətin günlər görüb. İstəyirəm ki, kişilər bizim qəhrəmanımız olsun, sonumuz deyil. Ona görə bu il də qadın cinayətlərinin bitəcəyi bir il olmasını diləyirəm”, - deyə o vurğulayıb.