Xəbər Lenti
Bugün, 07:43
Tayvan çox sayda Çin təyyarəsinin hava məkanını pozduğunu dedi: Yerüstü raket sistemləri göndərildi
7-06-2023, 07:20
“Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib
7-06-2023, 07:19
82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub
7-06-2023, 07:08
“Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı
Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları baş çatıb.
Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim ediblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.
8:22
Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.
Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış işləri davam etdirilir