Xəbər Lenti
Dünən, 14:17
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
24-07-2026, 16:55
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
24-07-2026, 12:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
24-07-2026, 11:03
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
23-07-2026, 22:43
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
23-07-2026, 19:20
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər
Məlum olduğu kimi, Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə seçkilər sentyabrın 1-nə təyin olunub.
Ölkəmizdə parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi. Ancaq həmin tarixdə Bakı qlobal əhəmiyyətli beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Bunu nəzərə alaraq hakim partiyanın deputatları prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib. Konstitusiya Məhkəməsi sözügedən xahişin ana qanuna uyğun olduğu barədə qərar qəbul etdikdən sonra Prezident parlament seçkilərini 1 sentyabra təyin etdi.
Artıq parlament öz işini yekunlaşdırıb və sonuncu iclasını keçirib. Mövcud qanunvericiliyə görə, Azərbaycan Milli Məclisinin səlahiyyət müddəti 5 ildir. Ancaq VI çağırış Milli Məclisin səlahiyyət müddəti 5 ildən az, 4 il yarım oldu.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, yeni seçilən deputatların da səlahiyyət müddəti 5 ildən az olacaq. Çünki Konstitusiyanın 98-1-ci maddəsinə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Sentyabrın 1-də seçiləcək deputatların səlahiyyət müddətinin beşinci ili 2028-ci ilin sentyabr ayında başlayacaq və mövcud qanunvericiliyə görə seçkilər həmin ilin noyabr ayında keçirilməlidir. Konstitusiya parlamentin səlahiyyət müddətinin 5 ildən artıq olmasına icazə vermədiyi üçün (xüsusi hallar istisna olmaqla) seçkilərin 2029-cu ildə keçirilməsi mümkün deyil.
Beləliklə, konstitusiyada nəzərdə tutulan müddəa dəyişdirilməsə və yenidən növbədənkənar seçkilər keçirilməsə, yeni parlamentin "ömrü” 4 il 1 ay olacaq.























































