Xəbər Lenti
Dünən, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Dünən, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
18 Yanvar 2023 02:37Siyasət
Politoloq: Prezident İlham Əliyevin Dayanıqlılıq Forumunda iştirakı Azərbaycanın artan nüfuzundan xəbər verir
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı ölkələrimizi, eyni zamanda, regionu maraqlandıran beynəlxalq səviyyəli problemlər müzakirə edildi. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin BƏƏ-yə dövlət səfəri 2016-cı il fevralın əvvəlində baş tutmuşdu, o zaman uzun müddətdən sonra həyata keçirilən bu səfərin çox böyük əhəmiyyəti var. Ovaxtkı səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlər, xüsusilə iqtisadi-ticarət əlaqələrinin, siyasi əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar atılması istiqamətində sənədlər imzalanmışdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov söyləyib.
BƏƏ-nin son zamanlar Azərbaycana qarşı müsbət münasibət nümayiş etdirdiyini deyən politoloq qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib ölkə olaraq ortaya qoyduğu mövqe, əlbəttə, qarşı tərəf üçün də önəmli məsələdir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da təmsil olunur. Təbii ki, bu da vacib amildir.
Samir Hümbətov bildirib ki, son dövrlər ərəb ölkələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə böyük həcmdə investisiya qoymaqla bağlı bir sıra açıqlamalar veriblər. Belə ki, ötən il dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin ölkəmizə səfəri zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edildi. Diqqətə çatdırıldı ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır. Xalid ibn Əbdül Əziz Əl-Faleh ölkəmizdə olarkən jurnalistlərə müsahibə verərkən dedi ki, səudiyyəli iş adamları Azərbaycanın Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətindədirlər. BƏƏ də bu istiqamətdə addımlar atmaq istəyir. Xüsusilə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpaolunan enerjinin istehsalı ilə bağlı tədbirlərin görülməsi üçün işlər başlayıb. Artıq elektrik stansiyalarının tikintisi ilə bağlı da razılaşmalar var.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri son dövrlər Azərbaycanın həm müsəlman, həm də Körfəz ölkələri arasında artan nüfuzundan xəbər verir. “Regional və qlobal baxımdan götürsək, yaxın və uzaq perspektivdə ikitərəfli iqtisadi əlaqələrin genişlənməsi həmin dövlətlərin ölkəmizə qoyacağı sərmayələrin daha da artmasını şərtləndirəcək. Ümumiyyətlə, dövlətimizin başçısının BƏƏ-yə səfəri iki ölkənin əlaqələrinin genişlənməsinə, həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək”, - deyə S.Hümbətov bildirib.