Xəbər Lenti
5-03-2026, 21:38
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub
5-03-2026, 20:02
Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
5-03-2026, 19:26
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
5-03-2026, 19:24
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
5-03-2026, 18:03
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
5-03-2026, 17:11
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
5-03-2026, 16:00
Lerikdə YOL PROBLEMİ: Sakinlərin öz hesablarına tikdikləri KÖRPÜ YARARSIZ HALA DÜŞÜB
5-03-2026, 11:42
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
5-03-2026, 11:34
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
4-03-2026, 20:29
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
4-03-2026, 20:27
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
4-03-2026, 13:20
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
4-03-2026, 09:02
Rusiyalı diyetoloqdan xəbərdarlıq: "Az yeyirəm" deyənlərin çəki ata bilməməsinin SƏBƏBİ
Politoloq İlham Əliyevin Çinə gözlənilən səfərini şərh etdi
"Bu səfər, strateji tərəfdaşlığı daha da dərinləşdirəcək, iqtisadi və infrastruktur sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq, enerji və ekoloji problemlərin həllində ortaq addımları təmin edəcək, regional və qlobal miqyasda proseslərə müsbət təsir yaradacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Çinə gözlənilən səfərini şərh edərkən deyib:
"Prezident İlham Əliyevin Çinə olacaq səfəri Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm bir addım kimi qiymətləndirilə bilər. Bu səfər, ölkələr arasında iqtisadi, siyasi və mədəni əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.
2024-cü ilin iyulunda Astanada keçirilən görüş nəticəsində tərəflər arasında qəbul edilən Birgə Bəyannamə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Bu sənəd, qarşılıqlı öhdəlikləri və əməkdaşlıq istiqamətlərini müəyyən edir”.
Ekspert qeyd edir ki, səfər, iki ölkə arasında siyasi dialoqu və strateji əməkdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyır:
"Azərbaycan, Orta Dəhliz layihəsi vasitəsilə Asiya ilə Avropa arasında əlaqəni asanlaşdıran mühüm rola sahibdir. Bu təşəbbüs, infrastruktur və nəqliyyat sahəsində iki ölkə arasında sıx əməkdaşlığı stimullaşdırır. Bundan başqa, ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan Çinin müxtəlif şəhərlərində ticarət evləri yaradaraq öz məhsullarını təqdim edir.
Birgə müəssisələrin və iqtisadi layihələrin araşdırılması da tərəfdaşlığın inkişafına dəstək verir. Digər tərəfdən, Azərbaycan, bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində Çinin təcrübəsindən yararlanaraq, iqlim dəyişikliyi ilə mübarizədə ortaq addımlar atmağa hazırdır.
Bir sözlə, İlham Əliyevin Pekinə qarşıdakı səfəri, Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafı üçün strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprel ayında Çinə səfər edəcək.
Bu barədə "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib.
"Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik. Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var”, - Lyu Cyançao deyib.
Rüfət Sultan























































