Xəbər Lenti
Dünən, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Dünən, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
14-07-2026, 14:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
13-07-2026, 21:22
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
13-07-2026, 21:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
13-07-2026, 20:06
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
18 Dekabr 2022 04:51Siyasət
Separatçılar və onların havadarları “Dəmir yumruğu” yaddan çıxarmamalıdırlar
Son illər ətraf mühitin müxtəlif problemləri qlobal səviyyədə dövlətlərarası münaqişələrdən heç də az əhəmiyyət kəsb etmir. Ekoloqlar təbiəti mühafizə qanunvericiliyinin normalarını pozan transmilli korporasiyalarla mübarizəyə qalxır, dünya siyasətçiləri onların fikri ilə razılaşır, ekoloqlar ən yüksək tribunalardan çıxış edirlər.
Azərbaycan ekoloqları da qlobal problemlərin həlli prosesindən geri qalmırlar. Onlar həmişə dünya ekoloji cəmiyyətinin bir hissəsi olublar. Ekologiya sərhəd tanımır, axı hansısa çayın çirklənməsinə aid problemi həll edərkən mütləq qonşu ölkələr də cəlb olunur.
Hazırda Laçın-Şuşa yolunda baş verən hadisələrin tarixi kökləri var. İşğal altında olan ərazilərdə faydalı qazıntıların ermənilər tərəfindən vəhşicəsinə talanması, torpaqlarımızın təxminən 30 illik işğalı dövründə transsərhəd çayların ağır metallarla çirkləndirilməsi hamıya məlum faktlardır. Ermənilər bizim torpaqlara gəlmə xalq olaraq, nə onlara, nə də əcdadlarına mənsub olmayan hər şeyə vəhşicəsinə yanaşırdılar. Faydalı qazıntılar vəhşicəsinə talan olunur, Qarabağın və Şərqi Zəngəzurun flora və faunası tamamilə məhv edilirdi. Qiymətli ağac növləri kəsilərək, mebel istehsalı üçün Ermənistana göndərilirdi. Belə çıxırdı ki, Azərbaycan özü də istəmədən öz təbii ehtiyatları hesabına Ermənistan iqtisadiyyatını maliyyələşdirir, onu zənginləşdirirdi.
Ermənistan kütləvi informasiya vasitələrində təxminən 30 il ərzində ölkənin ərzaq məhsullarının 70 faizinin Azərbaycan torpaqlarından tədarükü hesabına təmin olunması barədə İrəvandakı müxtəlif “xadim”lərin bəyanatları dəfələrlə dərc edilib. Emal olunmuş bu məhsulların bir hissəsi dünya bazarlarına Ermənistanda hazırlanmış məhsul kimi tədarük edilib. İşğal altında olan Azərbaycan torpaqlarında hazırlanan məhsullar tez-tez müxtəlif beynəlxalq sərgilərdə Ermənistan brendi altında təqdim olunarkən Azərbaycan nümayəndələri açıq-aşkar sənaye cinayətkarlığı ilə üz-üzə gəliblər. Azərbaycan həmişə diplomatik və digər kanallarla ermənilərin belə həyasız hərəkətlərinə qarşı çıxış edib. Lakin beynəlxalq təşkilatlar bizim ədalətli tələblərimizə etinasız yanaşırdılar.
İllər keçir və Azərbaycan başa düşürdü ki, ikili standartlar prinsipi üzrə hərəkət edən beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad olunması üçün təcavüzkar ölkəyə təzyiq göstərməyəcəklər.
Bu yenilik deyil ki, ermənilər Azərbaycanın və başqa dövlətlərin torpaqları hesabına iri dövlət yaratmaq kimi mümkün olmayan planlarının irəli getməsi üçün həmişə Azərbaycanın firavanlaşmasını və inkişafını istəməyən müxtəlif ölkələrə ümid edib, onlara arxayın olublar. Bu siyasət nəticəsində Azərbaycan torpaqlarının bir hissəsində hazırda Ermənistan adında mövcud olan dövlət yaradılıb.
Azərbaycan bu illər ərzində bütün torpaqlarımızın azad olunması şərtilə Ermənistanla bağlı problemlərin dinc həllinə çağırıb.
Azərbaycan rəhbərliyi və ölkəmizin sakinlərinin əksəriyyəti çox gözəl anlayırdı ki, ermənilər müxtəlif ölkələrin himayədarlığına bel bağlayaraq heç vaxt ərazilərimizi sülh yolu ilə azad etməyəcəklər.
2020-ci ilin payızında bu məqam yetişdi. Torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı sayəsində, onların qanı, canı bahasına düşməndən azad olundu. Lakin Azərbaycanın çoxdan gözlənilən qələbəsi bəzi qüvvələrin ürəyincə olmadı. Qarabağ ermənilərinin separatçı hərəkatının əvvəlində Xüsusi İdarəetmə Komitəsi dövründəki vəziyyəti yaratmaq ümidi ilə Xankəndinə göndərilən rusiyalı milyarder Ruben Vardanyan kimi emissarlar yenidən aranı qatmağa cəhd göstərirlər. Lakin zamanı geri qaytarmaq mümkün deyil. Bu illər ərzində Azərbaycan öz hərbi gücünü artırıb, onun haqq səsi bütün beynəlxalq tribunalardan eşidilir. Lakin həyasızlıq və tamahkarlıq Vardanyan kimi adamlarda həmişə üstünlük təşkil edib. O, bizim faydalı qazıntı yataqlarımız sayəsində varlanmaq və özünə xankəndililərin himayədarı kimi ucuz imic yaratmaq istəyir.
Azərbaycana müxtəlif mənbələrdən daxil olan məlumata görə, Qarabağ İqtisadi Zonasında yaşayan ermənilərin bir hissəsi Azərbaycan vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almağı və ölkəmizin tamhüquqlu vətəndaşı olmağı arzulayır. Lakin onlar separatçı qurumun qondarma “hakimiyyət”i tərəfindən repressiyalara məruz qalırlar. Belə çıxır ki, rubenlər və araiklər əhalinin bir hissəsini girov kimi saxlayırlar.
Dekabrın 16-da monitorinqin keçirilməsi üçün Azərbaycana növbəti dəfə rədd cavabı verildi. Rusiyalı sülhməramlılar İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təmsilçilərindən ibarət nümayəndə heyəti tərəfindən “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinq keçirilməsinə yenə də şərait yaratmadılar. Bu, rusiyalı sülhməramlıların qərargahında keçirilən görüşdən sonra məlum oldu. Bu barədə monitorinq qrupunun rəhbəri Məsim Məmmədov xəbər verdi. Görüşdə bir daha qeyd edilib ki, təqdim olunan yol xəritəsinə əsasən “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqi keçirilməli, həmçinin müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həll olunmalıdır.
Yataqların monitorinqinin keçirilməsi üçün zəruri şərait yaradılmayıb və qarşıya qoyulan məsələlərə nail olunmayıb.
Monitorinq qrupunun üzvləri bir daha vurğulayıblar ki, yataqların qeyri-qanuni istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri aparılmalıdır.
Bu günlərdə vardanyanların dirijorları aksiyalar təşkil edir, bu aksiyaların iştirakçıları azərbaycanlı ekoloqların monitorinq keçirmələrinə icazə verməməyi tələb edirlər.
Elə təəssürat yaranır ki, erməni separatçıları və onların himayədarları 30 il bundan əvvəl buraxdıqları səhvi yenidən təkrar edirlər!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin