Xəbər Lenti
Dünən, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 18:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
26 Yanvar 2023 02:38Siyasət
Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər
Silahlı münaqişələrin ətraf mühitə təsiri mövzusu Azərbaycan üçün son dövrlərdə prioritet məsələyə çevrilib. Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğalı regionda ekoloji fəlakət yaradıb. İşğaldan əvvəl Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ekoloji cəhətdən zəngin olub. Münaqişədən əvvəl çəkilmiş şəkillər və həmin ərazilərin mövcud peyk görüntüləri Ermənistanın 30 il ərzində həyata keçirdiyi ekoloji təcavüzü aydın şəkildə göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sessiyasında “Silahlı münaqişələrin ətraf mühitə təsiri” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.
Deputat bildirib ki, su qıtlığı ilə üzləşən ölkə kimi çirklənmənin qarşısını almaq və suya qənaət etmək prioritet məsələlərdən biridir. Qarabağ Azərbaycanın sıx su şəbəkəsinə malik rayonudur. Ermənistanın işğal illərində həmin ərazilərə nəzarəti Azərbaycanın su ehtiyatlarının mövcudluğuna və keyfiyyətinə təsir göstərərək, otuz il ərzində insanları su ehtiyatlarından istifadə hüququndan məhrum edib.
Azərbaycanlı deputat qeyd edib ki, erməni işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında olan əsas transsərhəd çayların ekoloji vəziyyətini qiymətləndirmək mümkün olmayıb. İşğal olunmuş ərazilər azad edildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su nümunələrinin fiziki-kimyəvi analizləri aparılıb. Monitorinqin nəticələrinə əsasən, bu çayların ağır metallarla həddindən artıq çirkləndiyi müəyyən edilib.
Vurğulanıb ki, xüsusilə də Oxçuçay Ermənistandakı mis-molibden emalı zavodlarının təmizlənməmiş sənaye suları, Qafan və Qacaranda əmələ gələn məişət tullantı suları ilə davamlı olaraq çirklənir. Oxçuçayın ciddi şəkildə çirklənməsi heyvan növlərinin kütləvi məhvinə səbəb olub.
Diqqətə çatdırılıb ki, 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycan ərazisinə atdığı mərmilər nəticəsində güclü partlayışlar və yanğınlar baş verib. Azərbaycanın cəbhədən uzaqda yerləşən milli parklarına (Ağgöl və Göygöl) ardıcıl raket hücumları ərazidəki yaşıllıqları, minlərlə bitki növünü və torpağın üst qatını məhv edib.
Ermənistan Silahlı Qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kaset bombalarından və ağ fosforlu mətrmilərdən istifadə edib. Araşdırma zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonunun Babı və Alxanlı kəndləri ərazisinə tərkibində ağ fosfor olan 1 ədəd mərminin, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə isə 2 ədəd mərminin atıldığı müəyyən edilib.
“Bir aydan çoxdur ki, Azərbaycan ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa şəhəri ərazisində aksiyası davam edir. Aksiyaçılar Ermənistan tərəfindən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri-leqal istismarına və qanunsuz hasil edilən qızıl, mis və molibdenin ixracına son qoyulmasını tələb edirlər. Erməni separatçıları on illərdir ki, Azərbaycan ərazisindəki yataqları istismar edirlər. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsini itirməklə xeyli gəlir gətirən yataqları da itirdi. Nəticədə “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarını intensivləşdirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, bu yataqlardan qızıl və digər metalların çıxarılması yataqların erməni tərəfindən vəhşi üsullarla, heç bir ekoloji normalara riayət edilmədən həyata keçirilməsi torpağın və suyun çirklənməsinə, ətraf mühitə külli miqdarda ziyan vurub. Birinci Qarabağ müharibəsi başa çatandan sonrakı dövrdə obyektiv nəzarət vasitələrinin olmaması və işğal edilmiş ərazilərdəki təbii sərvətlərin oğurlanması ilə bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə tutarlı sübutlar təqdim etmək imkanı yox idi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan və işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan hakimiyyəti bu yataqlarda aparılan qeyri-qanuni işlərin miqyasını real vaxt rejimində və əyani olaraq qiymətləndirə, habelə xaricə ixrac edilən süxurların həcmini hesablaya bildi”, - deyə S. Fətəliyeva vurğulayıb.