Xəbər Lenti
Dünən, 13:00
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Dünən, 12:41
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Dünən, 12:30
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Dünən, 12:16
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
22-04-2026, 20:45
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
22-04-2026, 20:44
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
22-04-2026, 10:33
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
21-04-2026, 14:16
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
21-04-2026, 11:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
21-04-2026, 11:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
26 Yanvar 2023 02:36Siyasət
AŞPA-da Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışılıb
Azərbaycanda da gender əsaslı zorakılığa qarşı qanunlar qəbul edilib, milli siyasət və qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu prosesdə rəsmi qurumlarla yanaşı, qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. Hələ XIX əsrdə Azərbaycan yazıçıları və pedaqoqları, daha dəqiq desək, kişi yazarlar gender bərabərliyi, gender zorakılığı, erkən nikahlar və onların fəsadları haqqında yazırdılar. Həmin yazıçılar gender bərabərliyinin təminatı kimi təhsilin vacibliyini vurğulayırdılar. 1901-ci ildə azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev Şərqdə müsəlman dünyasında qızlar üçün ilk məktəb açıb. Çünki o, qızların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin əsas açarının təhsil olduğuna inanırdı. 1918-ci ildə Azərbaycan qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdü.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Pərvin Kərimzadə qurumun qış sessiyasında “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılığın dayandırılmasında kişi və oğlanların rolu və məsuliyyəti” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.
Deputat qeyd edib: “Müasir Azərbaycan Konstitusiyası cinsindən asılı olmayaraq, hamının bərabərliyini təmin edir. Yaxşı qurulmuş qanunvericilik bazamız var və bu yaxınlarda milli fəaliyyət planını hazırlamışıq. Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qəbul etdiyi bir sıra aktlar məişət zorakılığının qarşısının alınmasının hüquqi əsas hesab olunur”.
Bildirilib ki, gender əsaslı zorakılıqla mübarizə uzun illərdir bir çox ölkələrin milli və beynəlxalq gündəmində olub. Zorakılıqla mübarizənin yolu köklü gender stereotiplərindən xilas olmaqdır. Qəbuledilməz sosial normaları dəyişdirmək üçün birgə səy göstərərək, gender əsaslı zorakılığın qarşısını ala və bütün insanların hüquqlarını qoruya bilərik. Bunun üçün müxtəlif rakurslardan hərəkət etməliyik. Birincisi, qadınlara qarşı zorakılığa və ayrı-seçkiliyə həqiqətən son qoymaq üçün kişilər və oğlanlar təkcə problemin bir hissəsi kimi deyil, əksinə, onlar bu problemin həllinin tərkib hissəsi kimi qəbul edilməlidir. Qadınların ayrı-seçkiliyə və zorakılığa qarşı hüquqları uğrunda mübarizə hər şeydən əvvəl insanlıq uğrunda mübarizədir. Üstəlik, həm qızların, həm də oğlanların onlara təkcə elmin əsaslarını deyil, həm də qarşılıqlı hörmət, müstəqillik və harmoniyanı öyrədən hərtərəfli tərbiyə və təhsil almalarını təmin etmək vacibdir.
P.Kərimzadə diqqətə çatdırıb ki, qadınlara qarşı zorakılıq təkcə insan hüquqlarının ciddi şəkildə pozulması deyil, həm də milyonlarla qadının və qızın həyatını məhv edən, hamı üçün hərtərəfli təhlükəsizliyə doğru irəliləyişə mane olan qlobal epidemiyadır. Dünyada milyonlarla qadın öz təhlükəsizliyi üçün narahatdır. Bu, təkcə onların şəxsi təhlükəsizliyinə təsir etmir, həm də qadınların cəmiyyətdə iştirakına, bilik və bacarıqlarından maksimum istifadə etməsinə mane olur.
“Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin borcudur. Hər kəs - kişilər və oğlanlar qadın və qızlara qarşı gender əsaslı zorakılığın qarşısını almaq üçün məsuliyyət daşıyırlar”, - deyə P. Kərimzadə vurğulayıb.