Xəbər Lenti
Dünən, 19:38
Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Dünən, 19:13
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
Dünən, 15:09
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
27-11-2026, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib - Məhkəmə
Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib.
Ayxan Quliyev bildirib ki, 10-yaşlı Nərmin itkin düşdüyü gün öncə əmisi Arif Quliyevgilə gedib, atasının göndərdiyi sellofan torbadakı gödəkçəni verib. Ardınca da üzbəüzdə - təxminən 15 metr məsafədə yaşayan digər əmisi Lətif Quliyevgilə keçərək, orada atası Şərifə aid gödəkçəni götürməyə gedib. Orada Ayxandan atasının gödəkçəsini alıb. Ondan sonra da azyaşlı qız itkin düşüb.
Daha sonra prosesdə ifadə verən Nərminin əmisi arvadı Nailə Quliyeva qayını qızının geyimləri haqda danışıb.
"Nərmin itkin düşdüyü gün – 19 noyabr 2019-cu ildə öncə bizə gəldi. Əlində göy paket vardı. Dedi ki, əmi, sənin kurtkandı, atam göndərib, gedirəm nənəmgildən anamın kurtkasını da götürüm, gedim. Qayınanam o biri qayınımgillə qalır, evləri yolun o biri üzündədi. Saat yarım sonra bacısı Şəbnəm gəldi ki, Nərmin evə gəlib çıxmayıb. Axşam qayınımın oğlu dedi ki, Nərmin itib”, - Nailə Quliyeva bildirib.
Onun sözlərinə görə, 47 gün sonra – 2020-ci il yanvarın 6-da əri Arif Quliyev qardaşı qızının paltarlarından tanıyıb: "Polislər yaxına buraxmırdı, 10-15 metrdən gördü. Paltarlarından tanıdı. Ayağındakı idman ayaqqabısına oxşayırdı. Ayaqqabı olub, cins şalvar, "rozıvıy" kurtka, papaq, qırmızımtıl köynək”.
Vəkillərin meyiti kimin yuması ilə bağlı sualına qadın ziddiyətli cavablar verib.
"Uşağın bibiləri meyiti yumağa getmişdi. Meyiti kimin yuduğunu bilmirəm, görməmişəm" - şahid bildirib.
Məhkəmə prosesi martın 9-da Nailə Quliyevanın dindirməsilə davam edəcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.























































