Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
26-09-2026, 19:22
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
26-09-2026, 16:54
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
26-09-2026, 15:11
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır
Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.
Sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarıdır.
General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
Qeyd edək ki, polis orqanlarında xidmət etmək arzusunda olan kişi cinsli vətəndaşlar üçün müsabiqələr davam edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər DİN-in rəsmi “mia.gov.az” saytına daxil olub “vətəndaşların nəzərinə” bölməsinə keçid edərək uyğun gəldikləri vakansiyaya daxil olmalı, orada yerləşdirilmiş elektron ərizə formasını doldurduqdan sonra “[email protected]” ünvanına göndərməlidirlər. Müraciət qeydiyyata alındıqdan sonra Baş Kadrlar İdarəsinin əməkdaşları seçim turunun növbəti mərhələləri barədə onları məlumatlandıracaqlar.























































