Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Xətai rayonunda Gənclik parkının ərazisində abadlıq işləri aparılıb

Xətai rayonunda yerləşən Gənclik parkında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində parkın ərazisindəki süni göldə əsaslı təmir işləri aparılıb.
Təmir işləri zamanı gölün yerləşdiyi sahə əsaslı şəkildə yenilənib, hövzədə müvafiq bərpa və abadlıq işləri həyata keçirilib. Görülən işlər başa çatdıqdan sonra süni gölün hövzəsi yenidən su ilə doldurulub.
Bununla yanaşı, parkın ərazisində gecə saatlarında da rahat və təhlükəsiz istirahət imkanlarının yaradılması məqsədilə müasir işıqlandırma sistemi təmin edilib. Ərazinin işıqlandırılması parkın gecə görünüşünə xüsusi estetik çalar qatmaqla yanaşı, sakinlərin axşam saatlarında da parkdan rahat istifadə etməsinə şərait yaradır.
Aparılan abadlıq və yenidənqurma işləri parkın infrastrukturunun daha da yaxşılaşdırılmasına, ərazinin estetik görünüşünün yüksəldilməsinə, eləcə də sakinlərin və parkın ziyarətçilərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müasir və əlverişli istirahət mühitinin formalaşdırılmasına xidmət edir.





























































