TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan abadlıq işləri davam etdirilir
Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan bərpa-yenidənqurma işləri davam etdirilir. Cənab Prezident İlham Əliyevin tapşırığı na uyğun olaraq aparılan yenidənqurma işləri Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov və digər küçələrdə, Həzi Aslanov parkı, Xocalı parkı, Əsgər Əliyev adına “Dostluq Parkı” və “Əfqanıstan Veteranları Parkı”nda davam etdirilir.
Aparılan əsaslı təmir işləri çərçivəsində parkların ərazisi tamamilə yeni dizaynda təmir olunur, tametlər yeni və ən müasir standartlara cavab verən yeniləri ilə əvəzlənir, səkilər və bardürlər isə insanların zövqünü oxşayacaq və rahatlığını təmin edəcək şəkildə yenilənir.
Qeyd edək ki, parkların ərazisində insanların rahatlığını təmin etmək üçün yeni və daha rahat oturacaqlar qoyulacaq və parkların işıqlandırılmasında isə ən yeni texnologiyalar tətbiq ediləcək.
Küçə və prospekt boyu aparılan işlərdə çoxmərtəbəli binaların fasadları
yenilənir, dam örtükləri yenisi ilə əvəzlənir, bundan başqa, fərdi yaşayış evlərinin hasarları suvaqlanır, fasad örtükləri rənglənir, səki kənarlarında təhlükəsizliyi təmin etmək və estetik görünüş yaratmaq məqsədi ilə ən müasir dizaynda məhəccər və ya sərhəd divarları tikilir.
Aparılan abadlıq işləri çərçivəsində yaşıllıq zolaqlarının yenilənməsi, torpağın münbitləşdirilməsi, yerli iqlimə uyğun yeni ağac və gül kollarının əkilməsi və mövcud qurumuş bitkilərin və alaq otlarının təmizlənməsi həyata keçirilir.
Bununla yanaşı, Lənkəran şəhərinin tarixi-mədəni irs abidələrindən olan “Dairəvi qala”da da təmir-bərpa işlərinə artıq start verilib, abidənin qorunması və estetik görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Məlumat üçün bildirək ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yenidən qurulması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni utilizasiya zavodunun tikintisinə də yaxın müddətdə başlanılacaq.
Layihələr çərçivəsində təmir işləri aparılan ərazilərə yeni yolların çəkilməsi, kommunikasiya xətlərinin yenilənməsi və bərpası həyata keçiriləcək, əlavə iqtisadi inkişaf və məşğuılluq təmin olunacaq.
Qeyd edək ki, görülən işlər lənkəranlılar tərəfindən yüksək qiymətləndirilir və yerli sakinlər göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.
http://lenkeran-ih.gov.az/az/news/lenkeranda-sehersalma-ve-memarliq-ili-cercivesinde-aparilan-abadliq-isleri-davam-etdirilir.html























































