Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
İmişli rayonunda 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.
İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidlərimizin məzarlarını və “Şəhidlər” abidəsini ziyarət edib, məzarları önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra Nərgizim Sarayında şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, Anım Günü Azərbaycan xalqının öz qəhrəman övladlarına ehtiramını ifadə etdiyi xüsusi gündür. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın həmrəyliyini və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Şəhidlərin keçdiyi şərəfli yolun gələcək nəsillər üçün daim örnək olacağını vurğulayan icra başçısı onların adlarının Azərbaycan tarixində əbədi yaşayacağını bildirib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında qeyd edib ki, Anım Gününün mənası yalnız keçmişi xatırlamaqla məhdudlaşmır. Bu tarix həm də Azərbaycanın hansı böyük iradə və fədakarlıq hesabına bu günkü reallığa gəlib çatdığını dərk etmək üçün mühüm mənəvi gündür. Səfa Ağayev bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının öz dövlətinin və ordusunun ətrafında necə sıx birləşə bildiyini göstərən tarixi hadisə kimi yadda qalıb. Onun sözlərinə görə, həmin günlərdə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların eyni amal ətrafında birləşməsi milli həmrəyliyin ən aydın ifadələrindən biri olub.
Çıxış edən şəhid ataları - İsrail Əbilov və Nərbala Babaşov bildirib ki, övlad itkisini sözlə ifadə etmək mümkün olmasa da, şəhid ailələri üçün ən böyük təsəlli oğullarının Vətən qarşısında şərəfli bir iz qoymasıdır. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Saat 12:00-da isə respublikanın bütün ərazisində olduğu kimi, İmişlidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu şəhidlər adından bir neçə aztəminatlı ailələrin övladlarına məktəb geyimləri və ləvazimatlar hədiyyə edib.
Fərid Səfərov
Birliyin mətbuat katibi










































































