18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Masallıda həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri ilə görüş keçirilib
Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran–Astara Regional Təhsil İdarəsinin xidmətində olan təhsil müəssisələrini təmsil edən həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri ilə geniş görüş keçirilib.
Xezertv.info informasiya agentliyinin əldə etdiyi məlumata görə, görüşdə təhsil müəssisələrini təmsil edən 500-ə yaxın həmkarlar ittifaqı üzvü və ilk təşkilat sədri iştirak edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, eləcə də rayon komitələrinin sədrləri iştirak ediblər.
Görüş zamanı həmkarlar ittifaqlarının fəaliyyəti, həyata keçirilən işlər, qarşıda duran vəzifələr və növbəti mərhələdə reallaşdırılması nəzərdə tutulan hədəflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə ilk təşkilat sədrlərinin gündəlik fəaliyyətləri ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, çıxışlarda səsləndirilən məsələlər, mövcud problemlər və irəli sürülən təkliflər birgə müzakirə edilərək dəyərləndirilib.
Görüşün əsas məqsədlərindən biri həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə bağlı fikir və təkliflərin birbaşa dinlənilməsi, ilk təşkilat sədrləri ilə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və qarşıda duran məsələlərin birgə müzakirəsi olub.
Tədbirdə çıxış edənlər həmkarlar ittifaqları üzvlərinin hüquq və mənafelərinin qorunması, onların sosial məsələlərinin diqqətdə saxlanılması, ilk təşkilatların fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüş qarşılıqlı fikir mübadiləsi və səmimi ünsiyyət şəraitində davam edib.
Qeyd olunub ki, həmkarlar ittifaqı üzvləri və ilk təşkilat sədrləri ilə görüşlər yalnız Masallı ilə məhdudlaşmayacaq. Növbəti mərhələdə digər şəhər və rayonlarda da həmkarlarla görüşlərin keçirilməsi, onların fikir və təkliflərinin dinlənilməsi nəzərdə tutulur.
Xezertv.info informasiya agentliyi olaraq bildiririk ki, bu cür görüşlər həmkarlar ittifaqları ilə təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi, mövcud məsələlərin yerində öyrənilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından diqqət çəkir.





































































