“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə “Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, həmkarlar ittifaqlarının mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi aparılıb.
Müayinə zamanı görmə qabiliyyətində problem aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və müvafiq müalicə kursları təyin olunub.
Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət edən “Görməyə dəyər” sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi əhatə edib.



























































