Xəbər Lenti
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Bir qrup tələbəyə adlı təqaüd verildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.
Qaynarinfo xəbər verir ki, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan "Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu qeyd edib, elmi tərəqqinin, yüksək texnologiyanın inkişaf etdiyi hazırkı dövrün çağırışlarının qarşıya yeni hədəflər qoyduğunu, bu cür layihələrin gənclərə stimul verdiyini diqqətə çatdırıb.
Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrildiyini vurğulayan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışıb, tələbə gənclərin potensialının üzə çıxarılmasında "Adlı təqaüd” kimi layihələrin əhəmiyyətini qeyd edib, AHİK-lə əlaqələrin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə əlçatanlığın təmin olunması üçün görülən işlərdən danışıb, gənclərin elmə, təhsilə marağının artırılmasında layihənin önəmini qeyd edib.
Tədbirin sonunda "Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.
Təqaüd alan tələbələr çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini, elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar.
Qeyd edək ki, ATİAHİRK-nın "Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır.























































