18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Lənkəranda 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir
27 Sentyabr – Anım Günü ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, Lənkəran rayonunda silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir 24 sentyabr 2026-cı il tarixdə Mehman Bağırov adına Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini – Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülkər İsmayılova, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Lənkəran şəhəri üzrə təhsil sektorunun məsul əməkdaşı Cəmil Axundzadə, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Anım Gününün əhəmiyyəti xüsusi vurğulanıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq qələbə barədə geniş məlumat verilib. Otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarımızın azad olunması, hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, soydaşlarımızın doğma yurdlarına qayıtması və Azərbaycanın beynəlxalq nüfuzunun artması diqqətə çatdırılıb.
Bildirilib ki, rəşadətli ordumuzun əsgər və zabitlərinin şücaəti, Vətən üçün canından keçən şəhidlərimizin qanı bahasına qazanılmış bu Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. 44 günlük Vətən müharibəsindən sonra, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib və bu gün hər birimiz qalib xalqın vətəndaşı olmaqdan sonsuz qürur duyuruq.
Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaların nümayişi ilə yekunlaşıb.






















































