ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı Rusiyanın da iştirakı ilə silahlanmaya nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsinin tərəfdarı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan məlumatda bildirilir.
“Prezident Amerika Birləşmiş Ştatları, Rusiya və Çin arasında silahlanmaya nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsini təklif edib”, – məlumatda deyilir.
Qeyd edək ki, Si Cinpin sentyabrın 24–25-də ABŞ-də dövlət səfərində olub.
Xatırladaq ki, Ağ Ev rəhbəri bundan əvvəl Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb. Lakin Zelenski bu təklifi rədd edib. Mənbələrin verdiyi məlumata görə, ABŞ prezidentinin bu xahişi Ukrayna liderinin narazılığına səbəb olub.























































