Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Bakıda və rayonlarda leysan olub
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb.
Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.
Rayonlarda düşən yağıntının miqdarı Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, Şəki, Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.























































