“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Bu ərazilərdə güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bəzi yerlərdə yağıntılar leysan xarakterli yağış intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26 %-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21 %-i), Ağstafada 27 (aylıq normanın 51 %-i), Daşkəsəndə 23 (aylıq normanın 23 %-i), Tovuzda 22 (aylıq normanın 41 %-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan, Cəlilabad, Xınalıq, Xaltan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.
Sumqayıt, Pirallahı, Şərur, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Sədərək, Qax, Quba, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağdam və Bərdədə 22, Göyçay, Oğuz, Gəncə, Daşkəsən və Tərtərdə 20, Culfada 19 m/s-dək güclənir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-də 11, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-dək davam edəcək.























































