Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

31 Avqust 2026 09:52Manşet / Dünya

“Çelsi”yə keçmə səbəbini açıqladı

 

“Çelsi”nin yeni qapıçısı Emiliano Martines London klubunda debüt etdikdən sonra məhz bu komandanı seçməsinin səbəblərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, argentinalı qolkiper “Sky Sports”a müsahibəsində transferdə klubun əfsanələri Con Terri və Petr Çexin böyük rolu olduğunu bildirib:

“Mən “Çelsi”nin əfsanələri Con Terri və Petr Çexlə danışdım. Bu klubun nə qədər möhtəşəm olduğunu və bu mövsüm nəyə nail olmaq istədiyimizi çox yaxşı bilirəm. Bura komandaya kömək etmək üçün gəlmişəm. “Aston Villa”da fantastik 7 il keçirdim. London təmsilçisinə mübarizə aparmaq və Premyer Liqa çempionluğunu qazanmaq üçün transfer olunmuşam”.

Qeyd edək ki, Martines “Çelsi” forması ilə debütünü “Brayton”a 4:3 hesabı ilə qalib gəldikləri dramatik matçda gerçəkləşdirib. Təcrübəli qapıçı London klubu ilə 3 illik müqavilə imzalayıb.