Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib
“Expressbank” Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün Xankəndi şəhərinə mediatur təşkil edib.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda keçirilən səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində reallaşdırılan investisiya layihələrini və “Expressbank”ın bu prosesə verdiyi maliyyə dəstəyini media nümayəndələrinə yerində təqdim etmək olub. Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə “Expressbank” tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş GP Safety MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.
Ziyarət zamanı media nümayəndələrinə müəssisənin istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, bu kimi layihələr regionda yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və iqtisadi fəallığın artırılmasına xidmət etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir.
Müəssisə ilə tanışlıqdan sonra bank əməkdaşları və media nümayəndələri nahar süfrəsi ətrafında toplaşıblar. Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər. Zəfər Parkına səfər media nümayəndələrinə ölkənin tarixi qələbəsinin rəmzlərindən biri ilə yanaşı, regionda aparılan genişmiqyaslı yenidənqurma işlərini də yerində müşahidə etmək imkanı yaradıb.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.



























































