Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Expressbank” Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
“Expressbank” ASC Xaçmaz KOB evinin dəstəyi ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində mikro sahibkarlar üçün maliyyə savadlılığı mövzusunda təlim təşkil edib.
Təlim zamanı “Expressbank”ın Biznes Bankçılıq Departamentinin Mikro kreditlər şöbəsinin rəhbəri Yaşar Cabarov iştirakçılara biznesin maliyyə idarəetməsi, kredit müraciətlərinin təhlili və banklarla düzgün kommunikasiya qurulması barədə geniş məlumat verib.
Təlim proqramı çərçivəsində mikro sahibkarlar üçün aşağıdakı vacib mövzular əhatə olunub:
- Maliyyə planlaması: Gəlir və xərclərin effektiv idarə olunması;
- Büdcə idarəçiliyi və maliyyə intizamı
- Yığım mədəniyyətinin biznesin dayanıqlılığındakı rolu;
- İnvestisiya strategiyası
- Bank məhsulları: Biznesin genişləndirilməsi üçün mikro kreditlər və xüsusi şərtlər;
- Kredit mədəniyyəti və düzgün borclanma;
- Rəqəmsal bankçılıq: Vaxta qənaət edən və biznes proseslərini asanlaşdıran onlayn həllər.
İnteraktiv formatda keçən görüşdə sahibkarların sualları cavablandırılıb və real biznes keysləri əsasında praktiki tövsiyələr verilib.
Tədbirin sonunda çıxış edən Xaçmaz KOB evinin rəhbəri Azər Pənahov regionda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, bu növ maarifləndirici təlimlərin sahibkarların gələcək fəaliyyətlərindəki rolunu yüksək qiymətləndirərək, KOB evlərinin hər zaman biznes nümayəndələrinə dəstək olduğunu və banklarla bu cür əməkdaşlıqların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Expressbank regionlarda kiçik və orta biznesin inkişafına töhfə vermək məqsədilə maarifləndirmə missiyasını gələcəkdə də davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, “Expressbank” bakı, Xaçmaz və digər bölgələrdə olmaqla, ümumilikdə 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.






















































