ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
“TuranBank” beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - 3 illik
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən "TuranBank" İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kredit sazişi imzalayıb.
Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu tərəfindən “TuranBank”a 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində yerli valyutada sintetik kredit ayrılıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə inklüzivliyinin artırılması istiqamətində olan strateji hədəflərinə uyğun olaraq ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək və sahibkarlıq mühitinin inkişafına töhfə verəcək.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
“TuranBank”
Bizimlə etibarlıdır...























































