Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
... O, hər kəsin şairi idi, uşaqların, gənclərin, böyüklərin qəlbinə yol tapan incə qəlbli söz sərrafı idi...
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
Elşad Abbasov – sosial məsuliyyəti, xeyriyyəçiliyi və milli dəyərlərə bağlılığı ilə seçilən nüfuzlu rəhbər
Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya AÇIQ MÜRACİƏT!
Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya
Surəti: Milli Məclisin deputatı
cənab Əli Məsimliyə
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Vurğun Məmmədova
Yazı Vüsal Baxışovun vatsap vasitəsi ilə göndərildi. Vüsal Baxışov: “bu şantaj və cinayətdir”. Sual olunur: Vüsal Baxışov, nədir şantaj və cinayət olan təbirincə?! Belə çıxır ki, sən aydan arı, sudan durusan. Biz də sənə şər atırıq, eləmi? Sən 7000 (yeddi min) AZN pulu mənimsəməmisən. Halbu ki, 2-dən çox şahidin sübutu bəs edir. Bu işdə 8 şahidin sübutu var.
***
Bu, hərəsi müəyyən bir şərəf göstəricisi olan kəlmələr əslində Vüsal Baxışovun sürdüyü qaranlıq həyat tərzinə ancaq köməkçi format olaraq xidmət edir. Vüsal Baxışov Şəki şəhərində yaşayır. Pedaqoji Universitetinin Şəki şəhər filialının müəllimidir. Müəyyən alimlik statusu daşıyır. Lakin Vüsal Baxışovun bu statusu qorumasına nəfsi mane olur. 2023-cü ilin fevral ayından Vüsal Baxışovla “tanış” olmaq məcburiyyətində olmuşuq. Bu da müəyyən işlərdə onun kömək olacağına söz verən Əkbər adlı bir təhsil saytının rəhbəri vasitəsi ilə olub. Əkbər müəllim bir elmi işin müdafiəsində Vüsal Baxışovun kömək edəcəyini bildirərək 4000 (dörd min) AZN pulu və elmi işin qovluğunu Vüsal Baxışovla əlbir işləyən Bakı şəhəri 89 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Tamella Rəsulovanın əli ilə ona çatdırmışdır. Mənbənin söylədiyinə görə Tamella Rəsulovanın həyat yoldaşı Vətənin vasitəsi ilə qovluq və 4000 (dörd min) AZN miqdarında pul vəsaiti Şəki şəhərinə Vüsal Baxıçovun ünvanına göndərilmişdir. Əkbər müəllim etiraf edir ki, Tamella Rəsulova Vüsala telefon açdı və məbləğin 4000 AZN pulu və qovluq onda olduğunu bildirdi. Vüsal isə xəttin o başında “narahat olma Tamella, 3-4 aya elmi işin diplomu mən tərəfindən alınıb yüksək səviyyədə veriləcək”. Bu isə 2023-cü ilin təqribən fevral ayı idi. O müddətdən 3 il keçir. Vüsal Baxışov hər dəfə min bir bəhanə ilə özünü sığortalayır. Yeri gəlmişkən bir müddətdən sonra Vüsal Baxışovun tələbi 3000 (üç min) AZN pul ödənildi, güya 3 aydan sonra, yəni 2025-ci ilin aprel ayında sözügedən diplom yüz də yox, min faiz (bu Vüsal Baxışovun təbirincə) müdafiə olunub sahibinə veriləcək. Bu gün 2026-cı ilin 9 iyunudur. Vüsal Baxışov hər gün eyni bəhanələrlə aranı sakitləşdirməyə çalışır. Son 2 həftədir Vüsal Baxışov vatsap vasitəsi ilə atılan səslərə, edilən zənglərə şəbəkəyə daxil olaraq oxuyur, hörmətsizliklə cavabsız qoyur, hətta özü əqidədə olan adamları qızışdıraraq üstümüzə qaldırır. Bizi onun dələduzluq və fırıldaqçı əməllərini ifşa etdiyimizə görə bizi “şantajist və cinayətkar” adlandırır. Saat 16:06-dır, 2026-cı ilin iyul ayının 9-dur. Vüsal Baxışov iddia edir ki, biz səhvik. Elmi iş bu cür illərlə müdafiə olunur. Sual: Vüsal Baxışov, bəli, elmi iş 10 ilə də müdafiə oluna bilər. İdrakın və zəhmətin olarsa. Vüsal Baxışov, biz bilirik ki, şurada ləyaqətli və şərəfli elm adamları əyləşib. Gəl, öz fırıldaq əməllərinə ləyaqətli, şərəfli alimləri alət etmə. Sənin bu nə birinci, nə də sonuncu fırıldağındı, yumşaq desək. Sən Vüsal Baxışovun bütün qaranlıq əməllərin (Azərbaycan Pedaqoji Universitetinə işə düzəltmə, tələbə qəbulu, tələbə problemləri və ilaxır əməllərin) media qrupun tədqiqatı sayəsində ortadadır. Bu, həm müəllim, həm alim, həm milli məclisin, şərəfi ilə yaşayan deputatı Əli Məsimlinin adına böyük ləkədir. Çıx ortaya Vüsal Baxışov. Hansı ki, bir maddiyyatı tələb edəndə sənin gözünə nə zaman, nə məkan, nə də ki, saat görünür. Bildində söhbət nədən gedir? Sən cavablandırmasan da əlaqədar orqanlar səni buna məcbur edəcək...
Adıçəkilənlərin mövqeyini tanıyırıq.
PS: Vüsal Baxışovun bu və ya digər qaranlıq əməllərini sübut edən dəlil, faktlar və səs yazılarını fakt olaraq təqdim edəcəyik. Bu fakt faktlığında qalır, yazının şantaj xarakterli olmadığını təsdiq edən yetərincə əlimizdə faktlar mövcuddur.
PSS. Düz 3 ildir Vüsal Baxışov bu və ya digər bəhanələrlə pulu verməkdən yayınır. Ya telefonu götürmür, ya aidiyyatı olmayan insanlara zəng edib kompromatlar toplayır, şantaj edir, ya hədə-qorxu ilə hamını prokurorluğa şikayət verməklə hədələyir. Mənasız yalanları ilə insanları yorur və təhqir edir. Vüsal Baxışovun dediyinə görə bu pulu özü yeməyib, Elmi Şurada bir neçə vəzifəli alimə verib, güya elmi iş yazdırır. İndi tamamilə hər şeyi boynundan atır və həyasızlığa keçib. Şərtlər qoyur, iş gətirin, pedaqoji universitetə, digər respublikalara tələbə düzəldim, pulu o yolla balanslaşdırım deyir. Vüsal Baxışovun bu və ya digər qanunsuz əməlləri barədə tərəfimizdən araşdırmalar aparılıb. Təqdim etməyə hazırıq. Belə bir əməllərin sahibinin müəllim, alim, deputat köməkçisi kimi vəzifəsində qalmasına siz və lazımi təşkilatlar rəy verməlidir.
PSSS. Adının çəkilməsini istəməyən və Vüsal Baxışovun əməllərindən zərərçəkən mənbə bildirir ki, Vüsal Baxışov heç vaxt aldığı pulu geri qaytarmır. O, ancaq bu və ya digər işbazlıq təklifləri irəli sürərək insanı daha çox çamıra salır və bunun şahidi olduq.
Davamı var...
Bizi izləyin, şok faktlarla sizi tanış edəcəyik.























































