Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
“Patriot” raketləri ilə bağlı rədd cavabı aldı
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin xahişini rədd edib.
“Qafqazinfo” “RBC Ukraine” nəşrinə istinadən xəbər verir ki, ABŞ lideri Ukraynaya “Patriot” raket sistemləri üçün yüzlərlə tutucu raketi verməkdən imtina edib.
Məlumata görə, Tramp Zelenskiyə bu barədə mövqeyini ötən həftə Oval ofisdə keçirilən görüş zamanı bildirib. Ağ Ev rəhbəri qərarını ABŞ-də ehtiyat çatışmazlığı ilə izah edib.
Onun sözlərinə görə, həmin sursatlar Vaşinqtona İranla müharibə zamanı Yaxın Şərqdəki ABŞ obyektlərini qorunması üçün lazımdır.
Bununla belə, Trampın məsələ ilə bağlı mövqeyinə baxmayaraq, ABŞ-də Ukraynaya “Patriot” raket sistemlərinin verilməsi ilə bağlı müzakirələr davam edir.
Xatırladaq ki, daha əvvəl Zelenskinin qış aylarında Ukraynanın enerji infrastrukturunu qorumaq və mümkün hücumların qarşısını almaq üçün 300 ədəd “Patriot” raketi istədiyi barədə xəbərlər yayılmışdı.























































