İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
İş adamı qanunazidd fəaliyyətini müxtəlif adamların vasitəsilə həyata keçirir
Bir müddət əvvəl qanunsuz lizinq fəaliyyətinə görə həbs edilən “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu yenidən qanunzazid fəaliyyətini davam etdirməyə başlayıb.
XALQ xəbər verir ki,bu barədə AzFakt.com-a daxil olan məlumata görə ev dustaqlığına buraxılan “Vüsal 300” yenədə yüksək faiz, qanunsuz lizinq fəaliyyətini bərpa edib. Bildirilir ki, “Vüsal 300” bu dəfə qanunazid fəaliyyətini müxtəlif adamların vasitəsilə həyata keçirir. Onun nəzarətində olan həmin şəxslər yenədə köhnə əlaqələri işə salaraq sosial şəbəkələr üzərindən reklam çarxları quraraq qanunsuz lizinq fəaliyyətlərini davam etdirirlər.
Qeyd edək ki, “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu keçən ilin sentyabr ayında bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olduğuna görə həbs edilmişdi. Haqqında Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılan “Vüsal 300” məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Ancaq bir müddət sonra məhkəmə Vüsal Abbasovun həbsini ev dustaqlığı ilə əvəzləyib.
xalq.online























































