Xəbər Lenti
10-06-2026, 21:12
"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
10-06-2026, 16:02
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
10-06-2026, 13:50
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
10-06-2026, 13:41
YAP Səbail rayon təşkilatının keçirdiyi “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir çərçivəsində müsahibə
10-06-2026, 11:55
Event titled "Ideology of Salvation: From the Mission of Salvation to the Chronicle of Victory" held by the Sabail District Organization of the YAP
"Vüsal 300" həbs edildi, əlavə ittiham verildi
"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu həbs edilib.
"Report" xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Vüqar Nağıyev sədrliyi keçirilən prosesdə Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.
Qeyd edək ki, Xətai rayon Prokurorluğu tərəfindən aparılan cinayət işinə görə, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.
Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.























































