Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Vüsal Aslanovdan yeni rəis - Təyinatları
“Bakı Metropoliteni” QSC-yə iki yeni stansiya rəisi təyin olunub.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Vüsal Aslanov əmrlər imzalayıb.
Sədrin əmrləri ilə metronun “Koroğlu” stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad olunaraq “Ulduz” stansiyasının rəisi vəzifəsinə təyin edilib. V.Aslanlının digər əmri ilə “Memar Əcəmi” stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun “Qara Qarayev” stansiyasına rəis təyin olunub.
Hər iki şəxs kollektivə təqdim edilib və vəzifələrinin icrasına başlayıblar.























































