Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
Milli Məclisin deputatı Əli Məslimiyə açıq məktub!
Hörmətli Əli müəllim!
Siz, Azərbaycan müstəvisində şərəfli, önəmli, ləyaqətli yol keçmiş ictimai xadim və elm adamısınız. Biz sizin media olaraq əməli fəaliyyətinizi hərakatlardan izləmişik və dəyərimizi vermişik. Siz dəyişməz, əqidəsinə sadiq insanlardansınız. Buna görə də media mənsubları Sizi xüsusi ehtiramla dəyərləndirir.
Əli müəllim!
“Vüsal Baxışov — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının humanitar fənlər kafedrasının müdiri. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantı və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimlinin köməkçisidir”.
Bu ad və soyad Sizə tanışdır. Siz inanaraq, güvənərək Vüsal Baxışovu özünüzə köməkçi elan etmisiniz. Vüsal Baxışovun fəaliyyətinə baxanda adamın ürəyi dağa dönür. Alim, müəllim, tarixçi, Əli Məsimli kimi şəxsiyyətin köməkçisi...
Yazıda bu çox təm-taraqlı və ritorik görünür. Nə gözəl. Vüsal Baxışovun keçirdiyi pərdəarxası həyat tərzi inanırıq ki, Sizə bəlli deyil. Vüsal Baxışov bu statusları öz qaranlıq əməllərinə alət kimi istifadə edir. İnanırsan ki, bu status sahibi aldatmaz, yalan danışmaz. Əslində hər şey tam başqa cürdür. Vüsal Baxışovun işbazlıq əməllərini tədqiq edən adamlar olaraq demək istəyirik ki, bu bir deyil, iki deyil, üç deyil. Hər bir barədə ehtiyac olarsa açıqlama verəcəyik. Vüsal Baxışov 2023-cü ilin fevral ayında Əkbər adlı birindən 4000 AZN pul alaraq güya elmi dərəcə alınmasında köməklik edəcəyini söz vermişdi. Yeddi ay ərzində elmi işin müdafiə olunub bitməsini söz verdi. Əlavə olaraq ona 3000 AZN pul vəsaiti də ödənildi. Söz verdi ki, 2023-cü ilin iyul ayında elmi iş tam müdafiə olunub diplom veriləcək. 2023-cü il 2024-cü illə əvəz olundu, 2024-cü il 2025-ci illə əvəz olundu. Diplom müdafiəsi hələ də havadadı. Soruşanda isə bu proses uzun prosesdir, vermişəm həll olunur söyləyir. Bu yaxınlarda VAKA təqdim olunacaq işi yenidən istəyir. Əgər bu elmi iş Vüsal Baxışovda yoxdusa bu 3 ildə o, nə iş görüb?! Bu gün o iş yenidən Vüsal Baxışov tərəfindən tələb olunub, istənilirsə Vüsal Baxışov kimi aldadır? Növbəti yalan isə budur. 2026-cı ilin oktyabr ayında diplomu alıb verəcəyini söyləyir. Sadəcə sual olunur Vüsal Baxışov, sən bu 3 ildə elmi şuraya hansı sənədləri təqdim etmisən? Adını qoymusan ki, bu proses çox uzun prosesdir. Əgər sən bu gün bu sənədləri yenidən istəyirsənsə, ora təqdim etdiyin nədir bəs? Məntiqli sualdır Əli müəllim. Ümumi olaraq Vüsal Baxışovun qaranlıq əməlləri barəsində əlimizdə kifayət qədər dəlil və səs yazmaları var. Bunları da təqdim etməyə hazırıq.
PS. Vüsal Baxışov bizi şantajçı, cinayətkar adlandırır. Biz doğrunu yazırıq. Həyat yolumuz bəlli, əqidə və amalımız bəlli. Düz 7 ildir ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin haqqında kitablar, dərgilər (xüsusi buraxışlar) çap edib eyni zamanda sosial şəbəkələrdə yayımlayırıq. Hal-hazırda “Sonsuz İntellektin Təzahürləri” publisistik antalogiyası üzərində çalışırıq. Bu kitab Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin dünya arenasında apardığı uğurlu daxili-xarici və hərb siyasətinin analizidir.
Hörmətli Əli müəllim!
Bu müraciət illərlə yığılan incidilmənin, saymamazlığın, aldadılmağın təzahürüdür. Bunun qarşısı alınmasa Vüsal Baxışovun bu yönümdə gedən qara əməllərinin ardı-arası kəsilməyəcək. Bu ən azından Sizin kimi ləyaqət sahibinə zərbədir.






















































