ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Xəqani Səfərov -70
VƏTƏNƏ, XALQA BAĞLI ÖMÜR YOLU
İnsan ömrünün ən böyük dəyəri yaşadığı illərin sayı ilə deyil, cəmiyyətə bəxş etdiyi fayda, qazandığı hörmət və xeyirxah əməllərlə ölçülür. Elə insanlar var ki, onların ömür yolu zəhmət, vicdan, vətənpərvərlik və xalqa sədaqət nümunəsinə çevrilir. Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü el sevgisi qazanmış Xəqani Səfərov məhz belə şəxsiyyətlərdəndir.
Ömrünün 70 illik zirvəsində şəstlə qərar tutan Xəqani müəllim mənalı həyat yolu, zəngin ictimai fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə onu tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanmışdır. Onun fəaliyyəti həmişə dövlətçilik prinsiplərinə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və xalqa xidmət amalı üzərində qurulmuşdur.
Uzun illər ərzində müxtəlif sahələrdə göstərdiyi səmərəli fəaliyyət, qazandığı həyat təcrübəsi və təşkilatçılıq bacarığı Xəqani müəllimi cəmiyyətin nüfuzlu ziyalılarından birinə çevirmişdir. O, üzərinə düşən hər bir vəzifəyə böyük məsuliyyətlə yanaşmış, insanların etimadını doğrultmağa çalışmışdır.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi kimi fəaliyyətində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi həqiqətlərin təbliği, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində yorulmadan çalışmaqdadır. Onun bu sahədə gördüyü işlər həm dövlətimiz, həm də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü kimi də Xəqani Səfərov vətəndaş cəmiyyətinin inkişafına, ictimai nəzarətin gücləndirilməsinə, insanların problemlərinin dinlənilməsinə və həllinə mühüm töhfələr vermişdir. Onun prinsipial mövqeyi, obyektivliyi və ədalət hissi hər zaman nümunə olmuşdur.
Xəqani müəllimin uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin dövlət tərəfindən "Tərəqqi" medalı ilə qiymətləndirilməsi də onun əməyinə verilənu yüksək dəyərin parlaq ifadəsidir. Bu mükafat yalnız bir insanın uğuru deyil, həm də Vətənə, xalqa və dövlətə sədaqətlə xidmətin layiqli qiymətidir.
Xaqani müəllimi yaxından tanıyanlar onu ilk növbədə sadəliyi, səmimiyyəti, xeyirxahlığı, ziyalılığı və insanlara qayğıkeş münasibəti ilə xarakterizə edirlər. O, qazandığı nüfuzu və hörməti məhz bu yüksək mənəvi keyfiyyətləri sayəsində əldə etmişdir.
Yetmiş il - zəngin həyat təcrübəsi, şərəfli əmək yolu, saysız-hesabsız xeyirxah əməllər və cəmiyyətə xidmətlə dolu bir ömür deməkdir. Bu yubiley təkcə Xəqani müəllimin ailəsinin və yaxınlarının deyil, onu tanıyan bütün insanların sevincidir. Çünki belə insanlar cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin daşıyıcısı və gələcək nəsillər üçün örnəkdir.
Əziz Xəqani müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, yeni uğurlar və Vətənimiz, dövlətimiz naminə həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.
Qoy həyat yolunuz daim işıqlı, ömrünüz bərəkətli, fəaliyyətiniz isə yeni uğurlarla zəngin olsun. Sizə olan hörmət və ehtiram hər zaman davam etsin.
Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Fəslin bahar-payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu...
70 illik yubileyiniz gözünüzə -könlünüzə köçən gözəlliklər, uğurlu özəlliklərlə mübarək olsun!
Tapdıq ƏLİBƏYLİ























































