ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Təhsilə həsr olunmuş ömür
![]()
İnsan həyatı müxtəlif yollarla ölçülür: kiminin ömrü maddi sərvətlər toplamaqla, kimininki vəzifə pillələrində yüksəlməklə, digərininki isə xalqa, millətə xidməti ilə. Təhsil sahəsində ömür boyu çalışan, yüzlərlə, minlərlə gəncin taleyinə bilik, işıq, əxlaq, vətənpərvərlik toxumları səpən müəllimlərin ömrü isə ən ülvi həyat nümunələrindən biridir. Belə ömürlərdən biri də Əlimirzə Şirinova məxsusdur. Onun həyat yolu və fəaliyyəti göstərir ki, insan bütün varlığı ilə peşəsinə və xalqına sadiq ola bilər.
Əlimirzə Şirinov hələ uşaqlıq illərindən elmə, oxumağa və öyrənməyə böyük maraq göstərmişdir. Kitab onun ən yaxın dostu, müəllimləri isə ən sevimli örnəkləri olmuşdur. O, təhsilin gücünü, savadlı insanın cəmiyyət qarşısında daşıdığı məsuliyyəti erkən yaşlarından dərk etmişdir. Məhz bu inam onun gələcək həyat yolunu müəyyənləşdirmiş, pedaqoji peşəyə doğru aparmışdır.
Əlimirzə müəllim ömrünü müəllimlik sənətinə həsr edən ziyalılardandır. Əlimirzə Şirinov üçün müəllimlik sadəcə bir peşə yox, müqəddəs missiya idi. O, hər zaman deyirdi ki, müəllim şagirdə yalnız riyaziyyatı, ədəbiyyatı və ya coğrafiyanı öyrətməməlidir. Əsl müəllim şagirdin qəlbinə yol tapmalı, onu düzgün həyata hazırlamalıdır. Əlimirzə müəllim də bu prinsiplə çalışmış, onlara insanlıq, vətənpərvərlik, zəhmətsevərlik kimi dəyərləri aşılamışdır.
Əlimirzə müəllimin pedaqoji fəaliyyətində üç mühüm prinsip daim ön planda olmuşdur: sadəlik, səmimiyyət və fədakarlıq.
Əlimirzə Şirinov pedaqoji fəaliyyətlə yanaşı, ictimai işlərdə də fəal iştirak etmişdir. O, uzun müddət Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İmişli rayon komitəsinin sədri vəzifəsində çalışmışdır. Bu vəzifədə olduğu illərdə müəllimlərin hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması, məktəblərdə sağlam mühitin formalaşması üçün səmərəli işlər görmüşdür.
Komitəyə rəhbərlik etdiyi müddətdə o, həmkarlarının həm iş, həm də şəxsi problemlərinə biganə qalmamış, həmişə onların yanında olmuşdur. Müəllimlərin hüquqlarının qorunması, gənc pedaqoqların işlə təmin olunması, təhsil müəssisələrində əmək münasibətlərinin sağlam əsaslarla qurulması üçün yorulmadan çalışmışdır.
Əlimirzə müəllimin həyatının mühüm dayaqlarından biri də dövlətə və vətənə sədaqət olmuşdur. O, daim vurğulayırdı ki, müəllim yalnız məktəb divarları arasında deyil, cəmiyyətin bütün sahələrində örnək şəxsiyyət olmalıdır. Dövlətçiliyə, milli-mənəvi dəyərlərə bağlılıq onun həyat amalının ayrılmaz hissəsi idi.
Əlimirzə Şirinovun həyatı bir çox gənc müəllimlər üçün nümunədir. Onun sadəliyi, təmkinli davranışı, elmə və təhsilə bağlılığı, tələbkarlığı ilə yanaşı, humanistliyi dəfələrlə qeyd olunmuşdur. O, şagirdlərinin uğurunu öz uğuru hesab etmiş, onların sevinci ilə sevinmişdir. Bu xüsusiyyətlər Əlimirzə müəllimi sadəcə bir pedaqoq yox, həm də əsl ziyalı kimi tanıtmışdır.
Hal-hazırda Əlimirzə Şirinov ATİAHİ İmişli rayon komitəsinin sədri vəzifəsində çalışmasa da, onun təcrübəsi, xatirəsi və gördüyü işlər həm təhsil ictimaiyyəti, həm də onu tanıyan insanlar tərəfindən yüksək qiymətləndirilir. O, pedaqoji fəaliyyəti ilə bir çox nəsillərə yol göstərmiş, həyat prinsipləri ilə isə örnək bir şəxsiyyət olaraq yaddaşlarda qalmışdır.
Əlimirzə Şirinovun həyat yolu sübut edir ki, insanın ömrünü şərəfləndirən nə vəzifədir, nə də var-dövlət. Ən böyük sərvət – müəllim və şagird sevgisi, xalqın hörməti, vicdan qarşısında rahatlıqdır. Əlimirzə müəllim bu sərvətlərin hamısını qazanmışdır. Onun adı təhsil fədailəri sırasında çəkilir, fəaliyyəti isə “təhsilə həsr olunmuş ömür”ün canlı nümunəsi kimi yaddaşlarda yaşayır.
Fərid Faiqoğlu























































