“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Qarabağ Universitetində ATİAHİ Respublika Komitəsinin üzv təşkilatı təsis edildi
![]()
Mayın 14 -də azad edilmiş torpaqlarda həyata keçirilən strateji layihələr arasında Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Bu ali təhsil müəssisəsi yalnız elmin və biliklərin mərkəzi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik davamıdır. Elm, təhsil və milli ruhun vəhdətini özündə birləşdirən Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı təsis olunub və bu münasibətlə universitetdə tədbir keçirilib.
Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə qonaqları salamlayaraq bildirib ki, Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılması universitetin sosial-mədəni həyatında əhəmiyyətli bir addımdır. Rektor qeyd edib ki, HİK-in yaradılması əməkdaşların hüquqlarının qorunması, sosial rifahının artırılması, həmçinin universitetin ümumi inkişafına töhfə vermək məqsədi daşıyır.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Qarabağ Universitetində çıxış etməkdən qürur duyduğunu bildirib. Həmkarlar İttifaqı təşkilatının yaradılmasının tələbə və müəllim heyətinin həyatında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edib ki, ittifaq üzvləri, istər hüquqlarının qorunması, istərsə də komitə tərəfindən həyata keçirilən layihələrdən faydalanmaq baxımından, bu təşkilatdan geniş şəkildə yararlanacaqlar.A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir.
Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib.
Sonra Qarabağ Universitetində təsis olunan HİK-in səsvermə yolu ilə komitənin sədri və üzvləri seçiliblər.
Sonda tədbir iştirakçıları və qonaqlar universitetin yataqxanası, kitabxanası və yeməkxanasına baş çəkərək tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.
Bugun.tv



























































