Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Xəzər rayonunda qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib
Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilib.
6 sentyabr 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər iştirak edib.
Öncə tədbir iştirakçıları tərəfindən Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışdır. O, Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, bu siyasətin uğurlu nəticələri Xəzər rayonunun həyatında da öz əksini tapır. E.Salahov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da inşa edilən, müasir standartlara cavab verən yeni məktəb binalarının, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.
Daha sonra millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov və 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirmişdirlər ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, Xəzər rayonunda təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb", Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi kimi vacib tədbirlər Xəzər rayonunda da baş vermişdir.
Görüşdə IV ixtisas qrupu üzrə ən yüksək - 700 balı toplayan Nigar Ağazadə və Vətən Müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundov çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.
Sonda tələbə adını qazanmış gənclərə hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkli çəkidirilmişdir.





















































