Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Atəşgah Sığorta” CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi!
24 iyun tarixində “Atəşgah Sığorta Şirkəti” ASC ilə Londonun nüfuzlu Chartered Insurance Institute (CII) arasında əməkdaşlıq çərçivəsində rəsmi tədbir təşkil olunub.
Tədbirdə hər iki təşkilatın rəhbər heyətinin nümayəndələri iştirak ediblər. Əməkdaşlıq çərçivəsində “Atəşgah” Sığorta Şirkəti ASC CII-nin Azərbaycandakı Beynəlxalq Peşəkar Tərəfdaşı (International Professional Partner Firm – IPPF) statusu ilə fəaliyyət göstərəcək. Bu status şirkətin CII-nin rəsmi tədris və sertifikatlaşdırma proqramlarının ölkə üzrə tətbiqinə və inkişafına dəstək verməsini nəzərdə tutur.
Chartered Insurance Institute sığorta və maliyyə planlaşdırılması sahəsində peşəkar standartların müəyyənləşdirilməsi, sertifikatlaşdırma və təlim proqramlarının həyata keçirilməsi üzrə
ixtisaslaşmış beynəlxalq təşkilatdır. 1912-ci ildə Kral Nizamnaməsi (Royal Charter) ilə təsis olunan institut hazırda dünyanın müxtəlif ölkələrində 120 mindən çox üzvə malikdir.
Qeyd etmək istərdik ki, “Atəşgah” Sığorta Şirkəti ilə Chartered Insurance Institute arasında əməkdaşlıq 20 ildən artıqdır uğurla davam edir və şirkətin korporativ mədəniyyətinin
mühüm tərkib hissəsinə çevrilib. 2000-ci illərin əvvəlindən etibarən CII sertifikatlaşdırma proqramları şirkət əməkdaşlarının peşəkar inkişafında mühüm rol oynayır. 2003-cü ildə isə
ölkəmizdə gənc mütəxəssislərin beynəlxalq səviyyədə tanınan sığorta təhsilinə çıxış imkanlarını genişləndirmək məqsədilə CII imtahan mərkəzi yaradılıb.
Hazırda şirkətin daxili təlim və inkişaf proqramlarının bir hissəsi CII-nin beynəlxalq tədris materialları və metodologiyası əsasında formalaşdırılır ki, bu da insan kapitalının inkişafına sistemli yanaşmanı
daha da gücləndirir. Tərəflər bu əməkdaşlıq çərçivəsində Azərbaycanda sığorta sektorunda peşəkar təhsilin səviyyəsinin yüksəldilməsini və beynəlxalq standartların daha geniş tətbiqini əsas strateji hədəf kimi müəyyən ediblər.






























































