“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Tibb müəssisəsində işçilərdən pul yığılır? - Bölmə müdiri iddialara cavab verdi
Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, paytaxtın Qaradağ rayonu 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlərdən, tibb bacılarından və digər əməkdaşlardan təmir işləri adı altında pul yığılır.
Sehiyye.info Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, hər bir əməkdaşdan aylıq 10 manat ödəniş tələb olunub və həmin vəsaitlərin stansiyanın müdiri Bünyat Haqverdiyevin köməkçisi olduğu bildirilən Fərqanə Gülbalayevanın hesabına köçürülməsi istənilib.
Stansiyanın bölmə müdiri Bünyat Haqverdiyev isə bildirib ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən araşdırma aparılıb və hər hansı qanun pozuntusu aşkar edilməyib.
"Bu məsələ TƏBİB tərəfindən araşdırılıb və aydınlaşdırılıb. Əsaslı hər hansı fakt müəyyən edilməyib. Həmin görüntülərin sosial şəbəkələrdə konkret olaraq kim tərəfindən paylaşıldığını adbaad deyə bilmərəm. Hazırda iş prosesi normal qaydada davam edir. Burada heç bir pul yığımı hadisəsi baş vermir", - deyə o qeyd edib.























































