Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Mədədəki bu bakteriya qaraciyəri də məhv edir
Mədə qastriti və xorasının əsas səbəblərindən biri hesab olunan Helikobakter pilori bakteriyası qaraciyərin piylənməsi riskini də artıra bilər.
Sehiyye.info xəbər verir ki, Çin alimləri belə nəticəyə gəliblər.
"Frontiers in Nutrition" jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər təxminən 6 min nəfərin məlumatlarını təhlil ediblər. Araşdırmada həm Çin klinikalarından olan 1000-dən çox pasiyentin, həm də ABŞ-ın NHANES proqramında iştirak edən 5 minə yaxın şəxsin göstəriciləri öyrənilib.
Mütəxəssislər Helikobakter pilori infeksiyasının mövcudluğunu və metabolik pozğunluqlarla əlaqəli qaraciyərin piylənməsi xəstəliyinin (MASLD) əlamətlərini qiymətləndiriblər. Bu xəstəlik zamanı qaraciyərdə yağ toplanır ki, bu da iltihab, sirroz və digər ciddi fəsadların yaranması riskini artırır.
Təhlilin nəticələrinə görə, Helikobakter pilori bakteriyasına yoluxmuş şəxslərdə qaraciyərin piylənməsi ehtimalı əhəmiyyətli dərəcədə yüksək olub. Alimlər bildiriblər ki, yaş, cins, bədən kütlə indeksi, şəkərli diabet və xolesterin səviyyəsi kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə özünü qoruyub saxlayıb.
Tədqiqat müəlliflərinin fikrincə, bakteriya maddələr mübadiləsinə təsir göstərə və orqanizmdə xroniki iltihabı gücləndirərək xəstəliyin inkişafına şərait yarada bilər.//publika























































