Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İstanbul Dövlət Universitetinə Rektor tərəfindən qonaq dəvət olundu
04 iyun 2026-cı il tarixində Istanbul Dövlət Universitetində görüş keçirilib. Universitetin rektoru, professor, Dr. Osman Bülent Zülfükar bəy və professor, doktor İlhanan bəyin dəvəti ilə beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru, ARHD.Media İnformasiya Agentliyinin rəhbəri İsmayıl Zalov universitetin qonağı olub.
Görüş zamanı beynəlxalq hüququn aktual məsələləri, insan hüquqlarının qorunması və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. İsmayıl Zalov beynəlxalq hüquq sahəsində fəaliyyəti və təcrübəsi barədə məlumat verib.
Universitetin rektoru professor, Dr. Osman Bülent Zülfükar bəy İsmayıl Zalovun Avropa İnsan Haqları sahəsində fəaliyyəti ilə bağlı xüsusi təşəkkürünü bildirib və onun beynəlxalq hüququn inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
İsmayıl Zalov çıxışı zamanı Azərbaycanda insan hüquqlarının tam şəkildə qorunduğunu vurğulayıb, ölkədə hüquqi islahatların uğurla həyata keçirildiyini qeyd edib. O, həmçinin Azərbaycanda söz azadlığının mövcud olduğunu bildirib və Azərbaycan universitetlərinin yüksək səviyyədə fəaliyyət göstərdiyini, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırıldığını diqqətə çatdırıb.
Çıxışının sonunda isə Azərbaycan–Türkiyə qardaşlığını xüsusi vurğulayaraq bu ifadələri işlədib:
“Bir ananın iki oğlu, bir ağacın iki qolu – Azərbaycan, Türkiyə. Bir millət, iki dövlət.”
İsmayıl Zalov eyni zamanda bu gözəl dəvətə və ona göstərilən isti, səmimi münasibətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Səfər çərçivəsində qonaq Istanbul Dövlət Universitetinin tarixi binası, elmi mərkəzləri və kitabxanası ilə tanış olub, universitetin akademik fəaliyyəti barədə ətraflı məlumat əldə edib.
Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
ARHD.MEDIA



























































