Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İsmayıl Zalov Avropa Parlamentində mühüm çıxış edib
21.05.2026-cı il tarixində ARHD.media İnformasiya Agentliyinin təsisçisi, beynəlxalq hüquq eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Avropa Parlamentində çıxış etmişdir.
İsmayıl Zalov çıxışı zamanı beynəlxalq hüququn müasir inkişaf istiqamətləri, insan hüquq və azadlıqlarının qorunması, hüquqi ədalətin təmin olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirmişdir.
Onun çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, beynəlxalq hüquq sahəsindəki fəaliyyəti və insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.
İsmayıl Zalov’un Avropa Parlamentində etdiyi çıxış Azərbaycanı beynəlxalq platformada layiqincə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. O, çıxışında sülh, hüquq və beynəlxalq həmrəyliyin vacibliyini vurğulayaraq qlobal hüquqi dialoqun inkişafına dair önəmli mesajlar vermişdir.
Qeyd edək ki, İsmayıl Zalov uzun illərdir beynəlxalq hüquq və insan hüquqları sahəsində aktiv fəaliyyət göstərir, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək hüquqi maarifləndirmə və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Eyni zamanda qeyd olunmuşdur ki, İsmayıl Zalov 25.05.2026-cı il tarixinədək Avropa Parlamentində keçirilən rəsmi tədbir və görüşlərdə iştirakını davam etdirəcəkdir.
“Mən Azərbaycan Respublikasına xidmət edirəm”
ARHD.MEDİA


























































