Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir keçirilib.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilir.
İSİM-də 7 may 2026-cı il tarixdə təşkil edilən tədbirdə dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatları (QHT), kütləvi informasiya vasitələri (KİV), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, talassemiyalı şəxslər və onların ailə üzvləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi cəmiyyətin talassemiya barədə məlumatlılığının artırılması, xəstəliyin irsi xüsusiyyətləri və gənclər arasında nikahdan əvvəl tibbi müayinələrin vacibliyinin təşviqi, habelə qan donorluğunun təbliği və bu xəstəliklə yaşayan şəxslərə göstərilən sosial-tibbi dəstəyin gücləndirilməsinə diqqət çəkilməsidir. Çıxışlarda talassemiya ilə mübarizə sahəsindəki xüsusi dövlət qayğısı, icra olunan dövlət proqramlarının xəstəliyin mənfi təsirlərinin azaldılmasında və səhiyyə sisteminin bu sahədəki fəaliyyətinin effektivliyinin yüksəlməsində mühüm rolu vurğulanır. Həmçinin hər il bütün dünyada qeyd edilən 8 may – Beynəlxalq Talassemiya Gününün bu il “Heç kim kölgədə qalmasın – diaqnozsuz qalanları aşkar etmək və diqqətdən kənarda qalanlara dəstək üçün qlobal çağırış" şüarı altında keçirildiyi diqqətə çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın xəstəliyin profilaktikasının gücləndirilməsinə, geniş maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı şəxslərə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldiyi qeyd olunaraq, həyata keçirilən məqsədyönlü fəaliyyətlərdən söz açılıb.
Talassemiya ilə yaşayanlara dəstək və müalicə proqramları, vətəndaş cəmiyyətinin fəallığı, erkən diaqnostika, genetik maarifləndirmə və profilaktik tədbirlər xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Tədbirin ikinci hissəsində ictimai müzakirələr keçirilib. İştirakçılar şəxsi təcrübələrini bölüşərək mövcud çətinliklər, tibbi xidmətlərə çıxış və sosial dəstək mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Zeferyolu.az























































