“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
“Böyük Yolun qardaşlığı...”
Xüsusi Təyinatlı Qüvvələrin igid giziri, əqidə qardaşım Şərafəddin Xankişiyev haqqında...
Bəhruz Məmmədzadə - “Şərafəddin Vətənə, millətə, xalqa ürəkdən bağlı, yüksək peşəkarlığa malik bir döyüşçüdür”.
Şərafəddin Xankişiyev Sərdar oğlu haqqında çox danışa bilərəm. Biz 2003-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu birlikdə bitirmişik və 18 il eyni yolda, XTQ-nin döyüş bölmələrində çiyin-çiyinə xidmət etmişik. Uzun illər bir bölmədə olmuşuq, xüsusilə 2012-ci ildən 2016-cı ilədək düşmən dərinliyində yerinə yetirdiyimiz kəşfiyyat döyüş tapşırıqları bizi daha da doğmalaşdırıb.
Bizim dostluğumuz sadəcə xidmət yoldaşlığı deyildi — qardaşlıq idi. Hətta xidmət etdiyimiz hərbi hissədə çoxları bizi doğma qohum, xalaoğlu kimi tanıyırdı. Şərafəddin Vətənə, millətə, xalqa ürəkdən bağlı, yüksək peşəkarlığa malik bir döyüşçü idi.
44 günlük Vətən müharibəsi zamanı onun fəaliyyəti yüksək qiymətləndirilirdi. Mən isə həmin müharibədə ağır kəllə-beyin travması alaraq hərbi xidmətimi davam etdirə bilmədim və təqaüdə çıxdım. Buna baxmayaraq, Şərafəddin bizim yarımçıq qalan arzularımızı da həyata keçirmək üçün həmişə ön sıralarda döyüşdü, düşmənə ciddi itkilər verdi və şəhidlərimizin qisasını almaq üçün daim irəli atıldı.
Mən ordu sıralarından ayrılsam da, ürəyim hər zaman döyüşənlərin yanında oldu, onlara dəstəyimi əsirgəmədim. Şərafəddin isə 2021-ci ildə sərhədlərin bərpası əməliyyatlarında, 2022-ci ildə “Sarsıdıcı Zərbə” əməliyyatında, 2023-cü ildə isə antiterror əməliyyatlarında yenə ön cəbhədə idi.
Onun qəhrəmanlığı haqqında eşitdikcə qürur duyuram. Sevinirəm ki, tariximizin səhifəsinə adını qəhrəman kimi yazdırıb.
Mənim üçün isə ən böyük fəxr odur ki, onunla bir yerdə xidmət etmişəm, döyüş tapşırıqlarında çiyin-çiyinə vuruşmuşam. O, təkcə silahdaşım deyil — həm də ən yaxın dostumdur.
Bu gün şadıq ki, vətənimizi tamamilə düşməndən azad etdik. Şəhidlərimizin qisası alındı, illərlə işğal altında qalan torpaqlarımızı döyüşərək geri qaytardıq. Xalqımız döyüşkən, mərd və güclü xalqdır.
Bu gün o torpaqlarda yenidən həyat canlanır — Azərbaycan xalqı öz yurd-yuvasını qurur, əzan səsləri ucalır. Biz xoşbəxt xalqıq. Güclü və uzaqgörən siyasəti ilə dünyada seçilən Prezidentimiz var.
Biz bu gün də, bundan sonra da xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcəyik. Ümid edirəm ki, Şərafəddin və digər döyüşçülər layiq olduqları dəyəri və adı haqq etdiyi zamanda alacaqlar.
Zəruri giriş:
Məmmədzadə Bəhruz Qasım oğlu.
1981-ci il iyunun 1 də Masallı rayonunun Sığıncaq kəndində anadan olub.
1988-1999-cu illərdə Sığıncaq kənd orta məktəbində təhsil alıb.
1999-cu ildə hərbi xidmətə yola düşüb. N saylı hərbi hissənin tərkibində ön cəbhədə xidmət edib.
2003-2021-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.
44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib. Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmışam.
Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib.
2021-ci ildən ehtiyatda olan hərbi qulluqçudur.
“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri vəzifəsindəçalışır.
Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Hal-hazırdakı fəaliyyəti: Şəhid ailələrinə, qazilərə, veteranlara dəstək məqsədidir.























































