Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
İranda 21 yaşlı karate çempionu edam edildi
İranda etirazlar zamanı həbs olunan 21 yaşlı karate çempionu Sasan Azadvar Conaqani İsfahandakı Dəstgerd həbsxanasında edam edilib.
“Qafqazinfo” xəbər verir ki, İran məhkəmə sistemi tərəfindən yayılan məlumatda Azadvar “Allaha düşmənçilik” və “düşmənlə effektiv əməkdaşlıq” ittihamları ilə məhkum olunub.
Onun etirazlar zamanı təhlükəsizlik qüvvələrini daşıyan nəqliyyat vasitəsinə daş və kərpic atdığı, şüşələrini sındırdığı və təhlükəsizlik işçilərinə hücum etdiyi iddia edilib.
Həmçinin Azadvarın nəqliyyat vasitəsini yandırmaq üçün benzin hazırlamağa çalışdığı, lakin uğursuz olduğu bildirilib. İranda Ali Məhkəmə hökmü təsdiqləyib və edam cəzası icra edilib.
“Hengaw” insan haqları təşkilatı bildirib ki, Azadvar işgəncəyə məruz qalıb və vəkillərinin müdafiəsi zamanı qarşı tərəfdə etibarlı sübut olmayıb. Vəkillər platforması isə ittihamların İran qanunvericiliyindəki “Allaha düşmənçilik” maddəsinə uyğun olmadığını vurğulayıb.























































