Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

10 Noyabr 2025 10:09Manşet / Dünya

Malidə gənc qadın “TikTok” paylaşımlarına görə edam edildi

 

Malinin şimalında Mariam Sisse adlı gənc qadın cihadçılar tərəfindən qaçırılaraq edam edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Bildirilib ki, o “TikTok”da Tonka şəhərindən paylaşımlar etdiyi üçün saxlanılıb və orduyla əməkdaşlıqda ittiham olunub.

Qardaşının sözlərinə görə, bacısı cihadçılar tərəfindən cümə axşamı günü həbs edilib və Mali ordusuna onların hərəkətləri barədə məlumat ötürməkdə ittiham olunub. Daha sonra qadın motosikletlə Tonka şəhərinə aparılıb və azadlıq meydanında güllələnib.

Təhlükəsizlik mənbələri də qadının ictimai şəkildə edam edildiyini təsdiqləyib. Onun “TikTok”da 90 mindən çox izləyicisi olub.