18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
“Hesaba görə azarkeşlərdən üzr istəyirəm”
“Neftçi”nin məşqçisi Vitali Vernidub Misli Premyer Liqasının 29-cu turunun “Qarabağ”la(1:5) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.
- Hesab nəyə görə belə oldu?
- “Qarabağ”la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Bunları oyunçularımız başa düşüb, riayət etməyə başlasalar... Başa dümək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil.
- “Qarabağ”ın orta xəttində Pedro Bikalyo, Marko Yankoviç, Joni Montiel kimi topla yaxşı davranan futbolçular var. “Neftçi”də isə Metyu İfenayi orta xətdə tək qalmışdı. Buna önləm almamışdınız?
- Əlbəttə ki, “Qarabağ”la oyuna hazırlaşmışdıq. Düşünürsüz ki, biz onları təhlil etməmişdik? Dediyiniz oyunçular Çempionlar Liqasında oynayırlar, orada da öz səviyyələrini göstərirlər. Ona görə də bizim oyunçular da bu sualı özlərinə verməlidirlər ki, onlar da daha yaxşı oynaya bilərdilər, ya yox? Bunu biz məşqçilər olaraq, özümüzə verəcəyik. Biz həqiqətən taktiki aspektləri daha yaxşılaşdıra bilərdikmi? Bir daha elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. Hər bir oyunçu öz ambissiyalarını “Neftçi”dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl “Neftçi”idir. Öz xarakterini, incikliyini unutmaq lazımdır.
- Start heyətində Qurban Qurbanov gözləmədiyiniz manevr etmişdi və Musa Qurbanlı hücum xəttində yer almışdı. Müdafiə xətti Musanın qarşısını ala bilmədi. Əvvəldən gözləyirdiniz bunu? Müdafiə xətti onun qarşısını nəyə görə ala bilmirdi?
- Bilmirəm necə cavab verim. Biz hazırlaşmışdıq. Amma adam o mövqelərdə, vəziyyətlərdə daha yaxşı oyun göstərdi. Müdafiəni yardı. Bugünkü oyunu araşdırıb, təhlil edib nəticə çıxarmalıyıq. Hazırda hesab 1:5-dir. Hər birimiz bunu anlayırıq. Eyni zamanda bugünkü hesaba görə azarkeşlərdən də üzr istəyirəm.
- Bugünkü hesabın 4 gündən sonra təkrarlanmaması üçün fərqli taktika seçmək olar?
- Ümidvaram ki, biz buna nail olacağıq. Bunun üçün bəzi şeyləri dəyişəcəyik. Bizim heyətdə dəyişikliklər olacaq. Buna əminəm. Ona görə ümid edirəm ki, biz buna nail olacağıq.
- Avrokuboklar uğrunda gərgin mübarizə fonunda bu məğlubiyyət komandaya inamsızlıq gətirə bilər?
- Əlbəttə ki, istənilən halda psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma əsas odur peşəkar futbolçusansa, belə məğlubiyyətlərdən sonra dirçəlməlisən. Oyuna baxmalısan, yaxşı məqamları saxlamalısan, neqativləri aradan qaldırmaq lazımdır. Yaxşı məqamlar çox deyildi. Amma var idi.





















































