Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
“Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin” - Qurban Qurbanov
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədə tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadılar. Yaxşı atmosfer var idi. Bu stadionda yaxşı atmosfer həmişə olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abbasova və “Neftçi”yə uğurlar arzulayıram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Fasilədə əvəzlədiyiniz futbolçulardan hansı planda razı qalmadız?
- Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı.
- İlk qoldan sonra Leandro Andradeyə sarı vərəqə göstərildi və narazılıq bildirdiz...
- Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.
- Nəriman Axundzadə və Musa Qurbanlının çıxışından nə qədər razısız? Onları nə vaxt ideal formada görə bilərik?
- İkisi də pis çıxış etmədi. Nəriman dubl etdi. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım.
- Bu gün “Neftçi” ilə oyunda əsas heyətdən oyunçular yox idi. Avrokubok matçına görə belə idi?
- Oyuna ciddi hazırlaşmışdıq. “Neftçi”yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidir. Avrokubok oyunundan əvvəl daha çox hansısa plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. “Lion”la matçda oyunçular çox yorulmuşdu.
- Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsız?
- Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq.
- Şahruddin Məhəmmədəliyevə şans vermək barədə düşünürsüz?
- Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar.
- “Qəbələ” ilə dekabrın 4-də kubok matçınız var. Həmin oyun haqda nə düşünürsüz?
- Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq.























































