Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
“Cəzamı verdi” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün gərgin, maraqlı oyun oldu. Vacib qələbə qazandıq. Yaxşı, istəkli komandaya qarşı oynayırdıq. “Sabah”a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Sayları az olsa da, sanki stadion dolu idi.
Hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, Qurban Qurbanov olaraq tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir”.
Qurbanov Avropa Liqasında “Malmö”yə qarşı keçirəcəkləri oyuna da toxunub:
“Bu, bizə olan inamdan irəli gəlir. Bizim azarkeşlər üçün fərqi yoxdur rəqib “Tottenhem”dir, yoxsa “Malmö”, qələbə istəyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan. İstər-istəməz bizdən daha böyük nəticələr gözləyirlər. Futbolçularda həyəcan olur. Belə sıx qrafikdə onları optimal formada saxlamaq çox çətindir. Mən oynamıram, amma hələ özümə tam gəlməmişəm. Çox uzun, yorğun səfərimiz oldu. İnsan nə qədər yolda olar? 20 saat yolda olmuşuq. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Motivasiya edəcəyik. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı “Malmö” ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik”.
“Qarabağ”ın çalışdırıcısı “Tottenhem”ə məğlubiyyətə də toxunub:
“Bilmirəm fikirlərimi nə cür çatdırım ki, düzgün qarşılansın. Nə olursa-olsun, bu çempionatdan çıxıb oralara getmək bizə həyəcan verir. Ələlxüsus da, böyük beşlik ölkələrinə gedəndə. Həyəcan mütləq şəkildə olur. Futbolçuları motivasiya edirik ki, çəkinməli deyilik, rəqibin üzərinə getməliyik. Analiz etsək, bütün komponentlərdə onlar bizdən üstündür. İstər şəraitdə, istər məşqlərdə, istər meydançalarda. Londona hər saat yağış yağır, gün çıxır. Hər məşqi dinamik gedir, sərin havada məşq edirlər. Belə havalarda məşq etmək futbolçunun enerjisini və məşqin tempini sona qədər saxlayır. Meydançanı sulayıb məşq edəndə, 15 dəqiqə pauza verib, yenə sulayırıq. Xırda elementlər var. Şəraitdə onlar bizdən üstündürlər. Hər tərəfli bizdən üstündürlər. Amma gedirik onlara qarşı oynamağa çalışırıq. Həyəcan olacaq. Bəlkə də ustalıq deyək. Xətirlərinə dəyər futbolçuların. Amma qəbul etməliyik. Əgər onlar 3 epizoddan istifadə edirlərsə, biz beşindən birini etmiriksə, həyəcan və ustalıq səviyyəsi var. Burada futbolçular rahat oynayacaq, tanıdıqları rəqiblərdir. Ora başqa səviyyədir. Reallıq var”.























































